Ramazanda çəki almamaq üçün nələrə diqqət edilməlidir?

Ramazanda kökəlməmək üçün nələrə diqqət etmək lazımdır? Bununla bağlı vacib tövsiyələri təqdim edirik.

Ramazan ayında oruc tutan insanlar sağlam, düzgün qidalanmağa diqqət göstərməlidirlər. Adətən 3-4 dəfə yeyilən qidalar orucluqca bir dəfə yeyilir. Gün ərzində yeyilən qidalar gündə 2 dəfəyə sığdırılmalıdır. Xüsusilə də şirniyyatlar, xəmir yeməkləri, karbonhidrat və yağlı yeməkləri. Ancaq buna baxmayaraq gündəlik vacib olan vitamin və minerallar qəbul edilməlidir.

İmsak edin

Ramazanda çəki almamaq üçün imsak edin

30 gün ərzində oruc tutarkən bircə dəfə qidalanmaq metabolizmanın sürətinin azalmasına səbəb ola bilər.

Çəki almamaq üçün səhər sahuruna mütləq qalxmaq lazımdır. Yemək yedikdən ən az 40 dəqiqə sonra yatılmalıdır.

Yatmazdan öncə su bol içilməlidir. Səhər və axşam çox yemək təzyiqi qaldırır. Bu səbəbdən normal yemək lazımdır. Mədəni iftarda birdən-birə çox yükləmək lazım deyil. Bu daha sonra xəstəliklərə də səbəb ola bilər.

İftar vaxtından yatana qədər 2 litr su için

Ramazanda çəki almamaq üçün iftarda su için

Çay və qəhvə içmədən əvvəl bədəninizin su ehtiyacını ödəyin. Gün ərzində susuz qalan orqanizminiz iftarda yediyiniz yeməkləri həzm etmək üçün suya ehtiyac duyar.

İmsakda proteinlə zəngin qidalara üstünlük verin

Ramazanda çəki almamaq üçün nə etməli

İmsakda karbonhidratla zəngin olan çörək, şirniyyat kimi qidalardan uzaq durun. Çünki bu qidalar sürətlə həzm olunur və tez acmağınıza gətirib çıxarır. Yumurta, qatıq kimi qidalara üstünlük verin. Duzsuz pendir də yemək olar. Qoz, badam, fındıq, avokado kimi meyvələr yeyə bilərsiniz. Buğda və ya çovdar unundan olan çörək yemək olar.

İftarda da proteinli qidalar vacibdir

Seçilən yeməklər mümkün olduğu qədər yüngül və tox tutan olmalıdır. Ət, balıq, toyuq və mütləq şəkildə bir ovuc kimi quru meyvələr yeyilməlidir. Duz miqdarı az olan qidalar seçilməlidir. Əks halda susuzluq yaranar. Səhərlər yumurta yeyilməlidir. Yumurta tox tutan qidaların başında gəlir.

Ramazanda çəki almamaq üçün proteinli qidalar

İftarda proteinlə zəngin ət, toyuq, balıq, paxlalı qidalar yemək həm metabolizmanın sürətlə işləməsinə kömək edər, həm də qan şəkərinizin səviyyəsini normada saxlayar. Protein tərkibi yüksək olan qidalar toxluq müddətini də artırır.

Metabolizmanı sürətləndirmək üçün salat, yaşıl çay istifadə edin

Ramazanda çəki almamaq üçün yaşıl çay

Gün boyu ac qalmaq metabolizmanın sürətinin azalmasına səbəb olur. Buna görə oruc tutarkən iftarda C vitamini ilə zəngin qidalara üstünlük vermək, salat yemək və yaşıl çay içmək vacibdir.

Qəbizlik problemi yaşamamaq üçün bağırsaqları çalışdıran qidalara üstünlük verin

Ramazanda çəki almamaq üçün qidalar

Oruc tutan bəzi insanlar qəbizlik problemi yaşayır. Buna görə quru xurma, quru ərik kimi qidaları yeyə bilərsiniz. Bununla yanaşı probiotik yoğurt, kefir kimi qidalara üstünlük vermək olar.

Susamamaq üçün su tərkibi yüksək olan tərəvəzlər yeyin

Susamamaq üçün su tərkibli tərəvəzlər

Gün ərzində susamamaq üçün imsakda duzla zəngin pendir, zeytun kimi qidaları yeməyin. Xiyar kimi suyla zəngin tərəvəzə üstünlük verə bilərsiniz.

Ramazan ayına aid məsləhətlər:

Məqaləyə emosiya bildir:
1 il əvvəl
3134 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 6 ay əvvəl
  • 1243
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 7 ay əvvəl
  • 1508
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 7 ay əvvəl
  • 1545
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 8 ay əvvəl
  • 1409
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 8 ay əvvəl
  • 1616
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 8 ay əvvəl
  • 1288