Rəcəb Tayyib Ərdoğanın ən gözəl sözləri
Türkiyə prezdeti Rəcəb Tayyib Ərdoğan tərəfindən deyilmiş ən dərin və mənalı fikirləri təqdim edirik.
1. Oxuyun, düşünün, tətbiq edin və nəticə çıxarın.
2. Sürünən sürünəndir... Ayağa dura bilməz ki, əyilsin.
3. Hər kəs bilməlidir ki, prinsipləri, qaydaları, sərhədləri və əxlaqı olmayan quruluşun heç kimə faydası olmayacaq.
4. Təəssüf ki, İraq terror təşkilatlarının fəaliyyət meydanına çevrilib və bu, Türkiyəyə də təsir edir.
5. Biz sizə ürəyimizi açdıq. Siz də bizə könlünüzü açın.
6. Siyasətin yeganə limanı əxlaqdır.
7. Ədalət və İnkişaf Partiyasını, yəni sevgimi, həvəsimi, mübarizəmi əvvəlcə Allaha, sonra da sizə əmanət edirəm.
8. Demokratiya bir tramvaydır, gedəcəyiniz yerə qədər gedib orada enərsiniz.
9. Hökmranlıq qeyd-şərtsiz Allaha məxsusdur.
10. Din terrorizmin siması ola bilməz.
Mənim mübarizəm ancaq Allah rizası və vətənim üçündür. Əgər bu iş üçün bir bədəl ödəniləcəksə,
RəcəbTayyib Ərdoğan olaraq mən o bədəli ödəməyə hazıram.
Siz heç Ərtoğrul Qazini, Osman Qazini, Fatih Sultan Mehmeti tərifləyən Avropa görmüsünüz ki, Ərdoğanı da tərifləsinlər?
Bizim millət olaraq keçə bilməyəcəyimiz heç bir maneə yoxdur.
Onlar Türkiyənin üfüqünü qaraltmaq üçün çirkin sözlərə və hərəkətlərə əl atacaqlar, amma biz hər zaman həqiiqəti söyləyəcəyik.
Biz Türkiyənin diz çökməsini gözləyənləri sevindirmədik, sevindirməyəcəyik.
Bundan sonra nə Fətullahçı terror təşkilatına, nə də digər terror təşkilatlarına dəstək verənlərə rəhm edilməyəcək.
Qüds, terror dövlətinin mərhəmətinə buraxılmayacaq qədər müqəddəs və mübarək bir yerdir.
Bu vətənə xəyanət edənlər bu xəyanətin əvəzini ödəyəcəklər.
Bu müqəddəs işə başımızı qoymuşuq. Bu çevriliş cəhdi Allahın izni ilə dəf ediləcək.
Biz imanı, vətəni, bayrağı, dövləti uğrunda lazım olarsa hamılıqla döyüşə bilən millətik.
15 iyul cəhdinin adı vətənə xəyanətdir. Dünyada vətənə xəyanətin cəzası necədirsə, bu terrorçular da eyni cəzaya məruz qalacaqlar.
Türkiyə Silahlı Qüvvələri və Mehmetçik bizim göz bəbəyimizdir.
Türkiyə Cümhuriyyətinin və bu qəhrəman xalqın dövlət başçısı olmaqdan qürur duyuram.
İslam dünyasının ümidi Türkiyədir.
Bizi bir-birimizə qarşı qoymaq istəyənlər öz zülmətlərində boğulacaqlar.
Bu əclaflarla mübarizədə millətimizin diqtəsi hər şeydən önəmlidir. Dayanmaq, geri çəkilmək olmaz.
Meydanları boş qoymayacağıq.
Biz bu xalqa ağa olmaq üçün deyil, nökər olmaq üçün gəlmişik.
Sizin işiniz bürokratların arxasınca getməkdir, onları əvəzləmək yox. İşinlə məşğul ol.
Mümkün olan bütün jestləri etdik. Kopenhagen kriteriyalarını yerinə yetirdik. İndi Avropadan igidlik gözləyirik.
Kiçik azlığın Türkiyədə xaos yaratmaq cəhdləri heç vaxt uğurlu olmayacaq. Bu ölkənin sahibi Millətdir.
Türkiyənin gələcəyində kamalizmə və kamalizmə bənzər rejimlərə yer yoxdur. Kamalizm özünü yenidən yarada bilməz. Bizim üçün ən ən yüksək hədd İslam prinsipləridir. Hər şey onunla müəyyən edilir. Mən İslamı dövlət planında düşünürəm.
Siyasətin yolu demokratiyaya və inkişafa, terrorun yolu isə qana, ölümə, ağrıya aparır.
Nə olursa olsun, bu şanlı bayraq dalğalanmağa davam edəcək.
Biz bu gün varıq, sabah yoxuq, amma inşallah, bu millət əbədi olaraq var olacaq.
Hər çətinliyin ardından bahar gələcək.
Uşaqlarımızla keçirdiyimiz hər saniyə həyatımıza və dünyamıza dəyər qatır.
Bu dövlət, bu ay-ulduzlu bayraq, bu Cümhuriyyət hamımızındır.
Məni Ələvilərin düşməni kimi göstərənlər var. Mən Ələviləri Həzrət Əlini sevənlər kimi tanıyıram.
Ələviyəm deyənlərin əksəriyyətindən daha çox Ələviyəm. Heç biri Həzrət Əli kimi yaşamır, mən onun kimi yaşamağa çalışıram.
İnsan həm dünyəvi, həm də müsəlman ola bilməz. Ya müsəlman olacaqsan, ya da dünyəvi. İkisi birlikdə olduqda əks maqnitləşmə əmələ gəlir. Mümkün deyil, ikisi bir yerdə ola bilməz.
İndi başqa partiya rəhbərləri məni Ali Məhkəmə ilə hədələyirlər, amma bilmirlər ki, mən bu yola çıxanda kəfənimi özümlə götürmüşəm.
Tarixini qorumayan xalqlar məhv olacaq.
Fədakarlıq və sevginin, mərhəmət və şəfqətin təcəssümü olan analarımız başımızın tacı, ən qiymətli sərvətimizdir.
İnşallah, bu qlobal böhran bizdən yan keçəcək.
Biz qanuni görünən qeyri-qanuni təşkilat rəhbərlərinin qarşısında baş əyənlərdən deyilik.
Misirin seçilmiş prezidenti Məhəmməd Mursinin 105 nəfər barəsində verdiyi ölüm hökmü qanunun, fundamental hüquq və azadlıqların qətlidir.
Bir şəhidin qanını 550 deputata dəyişmərik.
İqtisadiyyat bir riskdir, siyasət bir riskdir. Əslində həyatın özü də bir riskdir. Risk etməsəniz, uğur qazana bilməzsiniz. Bu gün Türkiyə statik xarici siyasətdən dinamik xarici siyasətə keçib. Türkiyənin dünya ilə arasındakı pərdə qaldırılıb, üfüqləri genişləndirilib.
Türkiyə artıq köhnə Türkiyə deyil, yeni Türkiyədir. Burada ədalət zəfər çalacaq.
Qardaşlarım, sevimli millətim, əziz vətəndaşlarım, bu tarixi gündə, bu demokratiya və milli iradə
gecəsində sizi ən səmimi sözlərimlə salamlayıram.
Müxalifət ağa qara demək sənəti deyil.
Görəsən, AB nə deyəcək, bizi qəbul edəcək, ya yox?” Bizim belə bir problemimiz yoxdur.
Göbəyimizi özümüz kəsmişik. Öz ağlınızı özünüzə saxlayın.
Hz. Məhəmməd (S.A.V.) bütün müsəlmanların qırmızı xəttidir.
Əgər din dərsi müzakirə olunacaqsa, niyə narkomaniyadan bəhs edilmir?
Məqaləyə emosiya bildir:
4253 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Ela sozlerdi