Rəşad Əzizov: Hazırda Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafı üçün Yol xəritəsinin hazırlanması ilə məşğuldur

Rəşad Əzizov: Hazırda Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafı üçün Yol xəritəsinin hazırlanması ilə məşğuldur

"Gamesummit" layihəsi artıq üçüncü dəfədir ölkəmizdə keçirilir. Bu layihə ilk dəfə olaraq Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə reallaşan Rəqəmsal Yaradıcı Həftəsonu layihəsi çərçivəsində təşkil olunub. Bu silsilədən bir neçə tədbirin keçirilməsi nəzərdə tutulur. Əlbəttə ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Rəqəmsal Yaradıcı Həftəsonu çərçivəsində keçirilən "Gamesummit" festivalı ən böyük və ən maraq kəsb edən bir tədbirdir. Hazırda burada minlərlə insan, onlarla yerli təşkilat və eyni zamanda xarici şirkətlər təmsil olunur.

Bu barədə məxsusi müsahibəsində Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov bildirib.

Rəşad Əzizov qeyd edib ki, oyun sənayesi hazırda dünyada maraq kəsb edən yeni sənaye növlərindədnir. "Artıq rəqəmlər sübut edir ki, oyun sənayesi artıq gələcəyin yeni bir peşəsidir. Yəni ənənəvi yaradıcı sənayelər, xüsusi olaraq audiovizual sənayelər məhz bu istiqamətdə inkişaf etməlidir. Çünki audiovizual sahə artıq interaktivliyi özündə ehtiva edir. Oyun sənayesinin inkişafı dedikdə biz burada həm təbliğat işlərinin keçirilməsi, eyni zamanda bacarıqların artırılmasını nəzərdə tuturuq. Çünki qısamüddətli kurs nəticəsində insanlar bu yeni peşəyə sahiblənə bilərlər”.

Onun sözlərinə görə, hazırda Mədəniyyət Nazirliyi Sosial-iqtisadi İnkişaf Strategiyası çərçivəsində aparılan siyasət nəticəsində bu sahəyə xüsusi diqqət yetirir: “Mədəni və Yaradıcı Sənayelər İnkişaf Mərkəzində oyun sənayesi sahəsində biznes inkubasiya proqramı həyata keçirilir və keçən ildə artıq yeni 6 studiya fəaliyyətə başlayıb. Onlar artıq öz məhsullarını bu gün burada, bu sərgidə nümayiş edirirlər. Hazırda ölkəmizdə 20-dən çox oyun studiyası mövcuddur. Onların sırasında uğur qazananlar çoxdur. Əsas məsələ komandaların formalaşması və bu sahəyə investisiyaları cəlb etməkdir. Sadəcə, bu sahədə vahid bir siyasətin formalaşması zəruridir. Hazırda Mədəniyyət Nazirliyi bu istiqamətdə Yol xəritəsinin hazırlanması ilə məşğuldur. Artıq ilkin mərhələdə sənaye nümayəndələri və dövlət qurumları ilə müzakirələr aparılıb və yekun sənəd hazır olduqdan sonra hökumətə təqdim olunacaqdır", - deyə R.Əzizov əlavə edib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
515 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 1 saat əvvəl
  • 18
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 2 saat əvvəl
  • 23
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 3 saat əvvəl
  • 29
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 37
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 5 saat əvvəl
  • 40
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 6 saat əvvəl
  • 47