Rəsədxana: İyunun 11-nə zəif səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır

Rəsədxana: İyunun 11-nə zəif səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Bu barədə rəsədxanadan məlumat verilib. Bildirilib ki, Günəşin fəallığı bir qədər zəifləyərək əsasən 3697 ləkə regionunda həftə ərzində M sinif alışmalar baş verib. Yerə istiqamətlənmiş tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində 10 ləkə qrupunda 148 ləkə qeyd olunur. Hazırda Günəş küləyinin sürəti (369 kilometr/saniyə) normaldır.

İyunun 10-dan 16-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 25 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin S1 səviyyəsinə yüksələcəyi gözlənilir.

Geomaqnit sahəsinin iyunun 8-də baş vermiş TKA-nın təsirı ilə bu gün G2 (orta), iyunun 11-də G1 (zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
425 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri ilk oyunda qarşılaşıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib. ILK.AZ...
  • 45 dəq. əvvəl
  • 15
QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş keçirilib
İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında...
  • 1 saat əvvəl
  • 21
Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir
Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı...
  • 3 saat əvvəl
  • 29
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət basketbol millisi yarımfinalda
Azərbaycan basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar...
  • 3 saat əvvəl
  • 37
AFAD: Şuşada fəaliyyət göstərəcək seysmik stansiyamız ölkələrimiz arasındakı əməkdaşlıqda yeni addımdır
Xaricdəki ilk seysmik stansiyamız dost və qardaş ölkə Azərbaycanın Şuşa şəhərində...
  • 4 saat əvvəl
  • 39
Zəfərimizə layiq olmaq, yaxud media və cəmiyyət məsuliyyəti
Prezident İlham Əliyevin təkcə tarixi gerçəklikləri deyil, günümüzün yeni...
  • 6 saat əvvəl
  • 50