Rəsmi Pekin: ABŞ-ın sanksiyaları əsas risk mənbəyinə çevrilir

Rəsmi Pekin: ABŞ-ın sanksiyaları əsas risk mənbəyinə çevrilir

Çin və Rusiya arasındakı normal iqtisadi və ticarət mübadilələrinə müdaxilə olmamalı, bundan Çini ləkələmək və çəkindirmək üçün bir vasitə halına gətirilməməlidir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Cien Çinin bir neçə hüquqi və fiziki şəxsinə ABŞ-ın sanksiya tətbiq etməsi ilə bağlı qərarını şərh edərkən deyib. Bayden administrasiyası Ukraynada hərbi əməliyyatlar üçün Rusiyada istehsalın dəstəklənməsinə kömək iddiası ilə Çinin hüquqi və fiziki şəxslərini sanksiya siyahısına əlavə edib.

Rəsmi Pekin ABŞ-ın qərarını qınayaraq Vaşinqtonun birtərəfli “uzun əl” yurisdikasiyasına etirazını bildirib. “ABŞ-ın birtərəfli sanksiyalarının ayrı-seçkisiz tətbiqi qlobal miqyasda böyük ziyan vurub, digər ölkələrin suveren təhlükəsizliyini ciddi şəkildə pozub, humanitar faciələrə səbəb olub, istehsal və təchizat zəncirlərinin sabitliyini pozub”, - deyə Çin XİN rəsmisi bildirib.

Çin diplomatı Rusiya-Ukrayna böhranı başlayandan sonra ABŞ sanksiyalarının daha zərərli olduğunu, bu addımların problemi həll etməkdənsə, dünyada əsas risk mənbəyinə çevrildiyini deyib.

Qeyd edək ki, ABŞ Rusiya və Çinə qarşı sanksiyalar siyahısını genişləndirib. ABŞ-ın sanksiyalar siyahısına Rusiya və Çindən 30-dan çox fiziki və 200-dən çox hüquqi şəxs daxil edilib.

Şahin Cəfərov

Pekin

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
401 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri ilk oyunda qarşılaşıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib. ILK.AZ...
  • 1 saat əvvəl
  • 18
QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş keçirilib
İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında...
  • 2 saat əvvəl
  • 24
Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir
Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı...
  • 3 saat əvvəl
  • 32
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət basketbol millisi yarımfinalda
Azərbaycan basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar...
  • 4 saat əvvəl
  • 40
AFAD: Şuşada fəaliyyət göstərəcək seysmik stansiyamız ölkələrimiz arasındakı əməkdaşlıqda yeni addımdır
Xaricdəki ilk seysmik stansiyamız dost və qardaş ölkə Azərbaycanın Şuşa şəhərində...
  • 5 saat əvvəl
  • 42
Zəfərimizə layiq olmaq, yaxud media və cəmiyyət məsuliyyəti
Prezident İlham Əliyevin təkcə tarixi gerçəklikləri deyil, günümüzün yeni...
  • 6 saat əvvəl
  • 52