Rumıniya Cənubi Koreyadan 920 milyon dollar dəyərində özüyeriyən haubitsa alacaq

Rumıniya Cənubi Koreyadan 920 milyon dollar dəyərində özüyeriyən haubitsa alacaq

Rumıniya Cənubi Koreyadan 920 milyon ABŞ dolları dəyərində “K-9” özüyeriyən haubitsa almaq planını qüvvədə saxlayır.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bunu Rumıniyanın müdafiə naziri Angel Tilvar Buxarestdə Cənubi Koreyadan olan həmkarı Şin Von-şik ilə görüşdə deyib. Bu, son 7 ildə Rumıniyanın ən iri məbləğdə silah alışı olacaq.

Cənubi Koreyanın müdafiə naziri Şin Von-şik ölkəsinin Rumıniyanın müdafiə qabiliyyətini modernləşdirməsi yolunda optimal tərəfdaşı olacağını deyib, haubitsa satışına dair müqavilənin birgə istehsal, müvafiq bölmələr arasında təlim və kadr mübadiləsi də daxil olmaqla geniş bir əməkdaşlığa səbəb olacağına ümid etdiyini söyləyib.

Tərəflər bundan başqa, hərbi təhsil, məlumat mübadiləsi, elm və texnologiya sahələrində də əməkdaşlığı dərinləşdirmək barədə razılıq əldə edib.

Qeyd edək ki, cari ilin aprelində Cənubi Koreya Prezidenti Yun Sok Yolun rumıniyalı həmkarı Klaus Verner İohannis ilə Seuldakı görüşündə hərbi və nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirmək barədə razılıq əldə ediblər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
406 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub
Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub.ILK.AZ...
  • 40 dəq. əvvəl
  • 11
Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri ilk oyunda qarşılaşıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib. ILK.AZ...
  • 1 saat əvvəl
  • 25
QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş keçirilib
İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında...
  • 3 saat əvvəl
  • 30
Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir
Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı...
  • 4 saat əvvəl
  • 39
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət basketbol millisi yarımfinalda
Azərbaycan basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar...
  • 4 saat əvvəl
  • 44
AFAD: Şuşada fəaliyyət göstərəcək seysmik stansiyamız ölkələrimiz arasındakı əməkdaşlıqda yeni addımdır
Xaricdəki ilk seysmik stansiyamız dost və qardaş ölkə Azərbaycanın Şuşa şəhərində...
  • 6 saat əvvəl
  • 45