Rus Dram Teatrının səhnəsində yeni premyera olub

Rus Dram Teatrının səhnəsində yeni premyera olub

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı rusiyalı dramaturq Vladimir Ovsyannikovun “Qarşıdakı gecə” pyesi əsasında “Yekaterinanın yataq otağında” tamaşasının premyerasını təqdim edib.

Premyeranın tarixi təsadüfi seçilməyib: 18 may - Beynəlxalq Muzeylər Günü. Belə ki, tamaşadakı hadisələr də əyalət muzeyinə çevrilən Putevoy sarayındakı kral yataq otağında cərəyan edir.

Melodrama janrında yazılmış tamaşanın süjeti kəskin intriqa, şişirdilmiş emosionallıq, xeyirlə şərin kəskin mübarizəsinin əks olunduğu hekayədən bəhs edir.

Rejissor Emin Mirabdullayevin sözlərinə görə, bu əsər parlaq dramatik materialdır. Burada hər beş-yeddi dəqiqədən bir yeni hadisə baş verir. Burada hər şey başlanğıcda göründüyü qədər sadə deyil. Burada hər “dönüşün” arxasında yeni hisslər var, çünki vəziyyət artıq tamamilə fərqli baxışdan görünür. Bundan əlavə, tamaşada baş verən hadisələr aktuallığını qoruyub saxlayır, buna görə də həm böyük nəsil, həm də gənclərdən ibarət auditoriya üçün maraqlıdır.

Tamaşada parlaq aktyor ansamblı iştirak edir. Azərbaycanın Xalq artisti Lyudmila Duxovnaya və teatrın artistləri Yeganə Hüseynli və Yaroslav Trifonov tamaşaçını dərhal hadisələrin burulğanına qərq edir, onun gözləri qarşısında tamamilə real görünən və buna görə də daha da inanılmaz xarakter alan bir hekayə canlanır.

Tamaşada Elşad Murtuzayev, İlkin Mehdiyev, Ruslan Pavlov, Cöhər Abdullayev və Rəşad Əliyev də iştirak edirlər.

Tamaşanın üzərində dekorasiyalar üzrə rəssam - Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aleksandr Fedorov, kostyumlar üzrə rəssam – Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatı – Əməkdar mədəniyyət işçisi Vladimir Neverov işləyiblər.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
27 gün əvvəl
432 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Şuşada bayram namazı qılınıb
İşğaldan azad olunmuş Şuşa şəhərində Qurban bayramı ilə əlaqədar bayramı namazı...
  • 15 dəq. əvvəl
  • 6
Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilib
Samuxda yabanı halda bitən 3 ton 100 kq çətənə bitkisi məhv edilib.ILK.AZ Azərtac-a...
  • 1 saat əvvəl
  • 23
Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir
“Ukraynada “davamlı sülh”ün bərqərar olması Kiyev üçün məqbul şərtlərlə baş...
  • 2 saat əvvəl
  • 31
Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır
“Amerika Birləşmiş Ştatları yeni qlobal silahlı münaqişəyə cəlb olunmaq riski...
  • 3 saat əvvəl
  • 40
TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru
Xəbər verdiyimiz kimi, iyunun 15-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı...
  • 6 saat əvvəl
  • 54
15 iyun tariximizin ən parlaq səhifələrindən biridir
15 İyun - Milli Qurtuluş Günü Ümummilli Liderin adı il bağlı olan tarixi gündür....
  • 7 saat əvvəl
  • 55