"Sabah"ın yay hazırlıq planı bəlli olub

"Sabah"ın yay hazırlıq planı bəlli olub

“Sabah” komandasının yay hazırlıq planı bəlli olub.

Klubdan verilən məlumata görə, "tələbələr" növbəti mövsümün hazırlıqlarına iyunun 20-də Masazırda yerləşən “Bank Respublika Arena”da başlayacaq. İyunun 24-dən 29-dək Qəbələdə hazırlıq keçəcək "bayquşlar" iyulun 1-də təlim-məşq toplanışın ikinci mərhələsi üçün Sloveniyaya yollanacaq. Çatej-ob-Savi qəsəbəsində məskunlaşacaq komanda burada 4 yoxlama oyunu keçirəcək. İyulun 6-da Sloveniyanın “Koper”, 10-da Serbiyanın “Çukariçki”, 13-də Ukraynanın “Krivbass”, 17-də isə eyni ölkənin “Rux” (Lvov) komandası ilə qarşılaşacaq.

Kollektiv iyulun 18-də Bakıya qayıdacaq.

Qeyd edək ki, ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək “Sabah” mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Oyunlar iyulun 25-də və avqustun 1-də baş tutacaq.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
502 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dünya birjalarında neft ucuzlaşıb
Dünya birjalarında neft ucuzlaşıb.ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Londonun ICE...
  • 30 dəq. əvvəl
  • 16
Malayziyaya məxsus təyyarə Bakı hava limanına təcili eniş edib
“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava...
  • 1 saat əvvəl
  • 27
Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır - ŞƏRH
Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Rəsmi Bakı...
  • 1 saat əvvəl
  • 27
Ekspert: “Microsoft”un çökməsi kibersavaşın “əsas məşqidir”
ABŞ-ın “Microsoft” korporasiyasının xidmətlərində yaranan qlobal nasazlıq Avstraliya...
  • 3 saat əvvəl
  • 32
Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib
ABŞ-ın keçmiş lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla...
  • 4 saat əvvəl
  • 47
Zelenski Kir Starmerə Ukraynaya qoyulan silah məhdudiyyətləri ilə bağlı çağırış edib
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Kir Starmerdən Qərb tərəfindən...
  • 5 saat əvvəl
  • 50