“Şahin” hərbi-idman oyunlarının qalib komandaları mükafatlandırılıb

“Şahin” hərbi-idman oyunlarının qalib komandaları mükafatlandırılıb

İyunun 10-da Gənclər paytaxtı Lənkəranda “Şahin” hərbi-idman oyununun respublika final mərhələsi keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, ümumtəhsil məktəblərinin X sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyununun final mərhələsi məktəblilərin hərbi orkestrin ifası altında təntənəli marşla mərkəzi meydana daxil olması ilə başlayıb.

Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, tərəfdaş qurumlarının rəhbər nümayəndələri, qonaqlar və 200-dən çox gənc iştirak edib.

“Şahin” hərbi-idman oyununun yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayır.

Gənclər və İdman, Elm və Təhsil, Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə keçirdiyi yarışda ümumilikdə 9 komanda sıra, fiziki, mülki-müdafiə hazırlığı və maneələrin dəf olunması, eləcə də digər mərhələlər üzrə tapşırıqları icra ediblər.

Yekun nəticələrə əsasən, 1-ci yerə Xaçmaz, 2-ci yerə Oğuz, 3-cü yerə isə Sabunçu rayon komandaları layiq görülüblər.

Qaliblər diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
428 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 1 saat əvvəl
  • 16
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 2 saat əvvəl
  • 23
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 3 saat əvvəl
  • 29
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 37
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 5 saat əvvəl
  • 40
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 6 saat əvvəl
  • 47