Sarımsaq çayının faydaları

Təbii antibiotik olan sarımsaq çayı insan sağlamlığı üçün faydalıdır. Məqaləmizdə sarımsaq çayının faydaları, hansı xəstəliklərə qarşı istifadə edildiyi haqqında bəhs edəcəyik.

Sarımsaq çayının faydaları

Sarımsaq çayı

Sarımsaq çayı xüsusən həzm sistemini təmizləməsi ilə fərqlənir. Bəs sarımsaq çayının insan orqanizmi üçün hansı faydaları var?

1. Ürək xəstəliklərindən qoruyur

Bəzi araşdırmalar çiy sarımsağın HDL-i (yaxşı xolesterol) artırdığını, damar sərtliyini aradan qaldırdığını və ürək xəstəlikləri riskini azaltdığını göstərir. Ancaq bu sahədə daha geniş araşdırmalara ehtiyac var.

2. Mineral və vitaminlərlə zəngindir

Sarımsaq yüksək vitamin və mineral tərkibi ilə sağlamlığımıza fayda verir. 3 diş sarımsaq gündəlik C vitamini ehtiyacının 5 %-ni, kalsium ehtiyacının 2 %-ni, dəmir ehtiyacının 1 %-ni, B6 vitamini ehtiyacının 6 %-ni qarşılayır. Sarımsağın tərkibində tiamin, riboflavin, maqnezium, fosfor, potasium, omeqa-3, omeqa- 6 və selenium mövcuddur.

3. Parazitlərdən qoruyur

Sarımsaq çayı və çiy sarımsaq əsasən üst tənəffüs yolu infeksiyalarına qarşı istifadə edilir. Tərkibində yüksək miqdarda "allicin" olan çiy sarımsaq antiviral və antibakterial özəlliklərə malikdir. Qış aylarında mütəmadi şəkildə sarımsaq çayı içmək bədənin yoluxucu xəstəliklərə qarşı müqavimətini artırır.

4. Həzm sistemini təmizləyir

Orqanizmimizdə olan və hüceyrələrimizə zərər verən sərbəst radikalları sarımsağın antioksidant təsiriylə nəzarətdə saxlamaq mümkündür. Bəzi mütəxəssislər bu xüsusiyyətin qırtlaq, mədə, döş və prostat xərçəngi riskini azaltdığını bildirirlər.

5. Sinuzitə yaxşı təsir göstərir

İçinə sarımsaq vurulmuş şorba burun yollarının açılmasını və boğazın yumşalmasını təmin edir. Sarımsağın möhtəşəm antioksidant xüsusiyyəti eyni zamanda tənəffüs yolu xəstəliklərini da aradanqaldırmağa kömək edir.

6. Qriplə mübarizə aparır.

Ağır keçən qriplə mübarizədə sarımsağın rolu böyükdür. Bir neçə diş sarımsağı suda qaynadıb içmək xəstəliyə yaxşı təsir göstərər.

7. Mədədəki qazı aradan qaldırır

Sarımsaq çayı ilə tez-tez idara çıxan bədəndəki bütün ödəm və şişkinliyi yox etmək mümkündür. Damar tıxanıqlığı və sərtliyi kimi problemləri olanlar sarımsaq çayı içməlidir.

Sarımsaq çayı hansı sahələrdə istifadə olunur?

Sarımsaq çayı istifadəsi

İmmunitet sistemimiz üçün olduqca güclü təsirə malik olan sarımsağın faydalarını saymaqla bitməz. Qədimdən indiyədək bir çox fərqli mədəniyyətlərdə sarımsaq xəstəliklərə qarşı istifadə olunub. Təbii və güclü antibiotik olan sarımsaq eyni zamanda qan şəkirini tənzimləyir, yüksək təzyiqin aşağı düşməsinə kömək edir və xolesterolu aşağı salır.

Sarımsaq həzm sistemi üçün olduqca təsirli qidadır. Orqanizmi toksinlərdən təmizləyir. Sarımsaq qış aylarında qrip və müxtəlif infeksiyalara qarşı orqanizmi qoruyur. Sinusların açılmasını təmin edir, bronxitə yaxşı təsir edir, ürək sağlamlığını qoruyur və mədəni zərərli parazitlərdən təmizləyir.

Sarımsaq çayının yan təsirləri

Sarımsaq çayının yan təsirləri

İmmun sistemi və metabolizmanın sürətlənməsinə kömək edən sarımsaq çayı mütəxəssislər tərəfindən tövsiyə olunur. Ancaq gündə iki stəkandan çox içməmək tövsiyə edilir. Çox içmək orqanizmə zərər verə bilər.

Sarımsaq çayı arıqladırmı?

Dünya şöhrətli aktrisa Angelina Jolie sarımsaq çayı içərək 11 kq arıqladığını bildirib. Bədəni haldan salan və bir çox zərər verən arıqlamaq üsullarından fərqli olaraq sarımsaq insana zərər vermir.

Kimlər sarımsaq çayı içməməlidir?

Kimlər sarımsaq çayı içməməlidir?

Sarımsaq çayı tərkibindəki zəncəfil səbəbiylə bəlli bir miqdardan daha çox içilməməlidir. Qandurulducu aspirin və iltihabəleyhinə dərmanlar istifadə edən şəxslər də sarımsaq çayından uzaq olmalıdır. Sarımsaq çayı pəhrizindən istifadə edənlər ağ çörək yeməməlidir. Pəhriz zamanı kəpək çörəyinə üstünlük verilməlidir.

Ender Saraçın sarımsaq çayı resepti

Tərkibi

2 stəkan su
4-5 ədəd barmaq ucu böyüklüyündə təzə zəncəfil
2-3 ədəd sarımsaq
yarım qaşıq təzə limon suyu
2 çay qaşığı bal

Hazırlanması

2 stəkan suya 4-5 ədəd barmaq ucu böyüklüyündə və ya quru və parçalanmış zəncəfil qataraq 5-6 dəqiqə qaynadın. Qarışığa 2-3 diş sarımsaq və limon suyu əlavə edin. Daha sonra bal qatın. Bu çayı səhər və axşam bir fincan için. Ancaq çayı çox ac və çox tox halda içməyin. Sarımsaq çayı içərkən idamnla da məşğul olun. Belə halda bədəniniz daha çox yağ yandıracaq.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
2918 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 24 gün əvvəl
  • 504
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 738
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 816
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 736
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 812
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 703