Sədr: Ulu Öndərin 100-cü illiyi münasibətilə istehsal edilən qızıl sikkə inqilabi yenilik olan texnologiya əsasında ərsəyə gətirilib

Sədr: Ulu Öndərin 100-cü illiyi münasibətilə istehsal edilən qızıl sikkə inqilabi yenilik olan texnologiya əsasında ərsəyə gətirilib

Ötən dövr ərzində “AzerGold” QSC tərəfindən mənəvi dəyərlərimizi ifadə edən fərqli mövzularda 10 qızıl, 3 gümüş kolleksiya ərsəyə gətirilərək ictimaiyyətə təqdim edilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Şirvanşahlar Sarayı Kompleksində Azərbaycanda zərgərlik sənəti və numizmatika nümunələrinə həsr edilən “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimində deyib.

İdarə Heyətinin sədri bildirib ki, qeyd edilən kolleksiyalara “Heydər Əliyev Mərkəzi”, “Qarabağ xalçası – Çələbi”, “Qobustan”, “Qarabağ inciləri”, o cümlədən mədəniyyət paytaxtımız Şuşaya, görkəmli ədib Xurşidbanu Natəvana ithafən istehsal edilən sikkələr daxildir.

“2023-cü ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə qiymətli məhsullarımız arasında ən unikal çeşid hesab edilən “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkə istehsal edilib. Bu orijinal sikkə nümunəsi bütün həyat və varlığını mənsub olduğu doğma Azərbaycana həsr etmiş dahi şəxsiyyətə xalqımızın xüsusi hörmət və ehtiramının ifadəsi olaraq hazırlanıb. Limitli sayda zərb edilmiş 999.9 əyara, 1 unsiya çəkiyə malik qızıl sikkə ölkəmizdə və regionumuzda ilk dəfə olaraq müasir numizmatika sahəsində inqilabi yenilik hesab edilən “Smart Minting” texnologiyası əsasında Avropada ərsəyə gətirilib”, - deyə Z.İbrahimov vurğulayıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
506 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 36 dəq. əvvəl
  • 12
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 20
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 28
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 36
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 39
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 46