Səfir: ADA Universitetində keçirilən festivalda mədəniyyətimizi paylaşmaq böyük fürsətdir

Səfir: ADA Universitetində keçirilən festivalda mədəniyyətimizi paylaşmaq böyük fürsətdir

Biz dördüncü dəfədir ki, bu festivalda iştirak edirik. Bununla yanaşı, festival ADA Universitetinin digər səfirliklərlə əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbirdir. Festivala qatılmaq bizim üçün də çox maraqlıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində ADA Universitetində keçirilən 12-ci beynəlxalq festivalın iştirakçısı, Venesuelanın Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berrotera söyləyib.

“Bizim üçün festivalda Azərbaycan xalqı ilə, həmçinin digər ölkələrdən gəlmiş tələbələrlə mədəniyyətimizi bölüşmək çox böyük fürsətdir”, - deyə səfir vurğulayıb.

Ölkəsinin stendi barədə məlumat verən səfir deyib: “Biz festivala dequstasiya üçün qəhvə gətirmişik. Bu, Venesueladan gətirilmiş qəhvədir. Həmçinin digər qida məhsulları var. Tədbirdə Venesuelanın faunasını da nümayiş etdiririk. Təqdim olunanlar arasında Venesueladan heyvan fiqurları da var. Bununla yanaşı, Venesuela üçün çox önəmli olan meyvə fiquru da var. Venesuelanın bir neçə milli musiqi aləti festivalda nümayiş olunur”.

Qeyd edək ki, iyunun 7-də ADA Universitetinin Beynəlxalq əlaqələr şöbəsi, ADA Universiteti Fondu və “Kolin İnşaat Şirkəti”nin dəstəyi, eləcə də “OCAQ” Teatr Cəmiyyəti, “Topçubaşov” adına beynəlxalq təqaüd proqramı və “ESN ADA Baku” tələbə klublarının birgə əməkdaşlığı çərçivəsində 12-ci beynəlxalq festival keçirilib. Ənənəyə çevrilmiş bu maraqlı festivalda 39 ölkənin səfirləri, xarici dövlətlərin ölkəmizdə akkreditə edilmiş səfirliklərinin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, yerli və xarici tələbələr iştirak ediblər.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
492 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 24 dəq. əvvəl
  • 8
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 40 dəq. əvvəl
  • 9
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 15
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 3 saat əvvəl
  • 26
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 28
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 39