“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxı və İsmayıllıda fermer təsərrüfatlarına dəstək göstərilib

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxı və İsmayıllıda fermer təsərrüfatlarına dəstək göstərilib

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxı və İsmayıllı rayonlarında yerləşən aqroturizm təsərrüfatlarına dəstək göstərilib.

Nazirlikdən bildirilib ki, dəstək tədbirləri zamanı Şamaxı rayonunun Meysəri kəndində yerləşən Sərdar Bayramova məxsus təsərrüfatın abadlaşdırılması istiqamətində işlər görülüb. Belə ki, 0,5 hektar ərazisi olan sahədə arıçılıq, meyvəçilik, üzümçülük (6 növ), şərabçılıq və tərəvəzçiliklə məşğul olunur, toyuq-cücə, qaz, ördək saxlanılır. Təsərrüfatda 8 nəfərin gecələməsi, 15 nəfərin qidalanması üçün şərait mövcuddur. Həmçinin sanitar qovşağı, söhbətgah və manqal tikilib, lazımi avadanlıqlarla təmin edilib.

Dəstək tədbirlərindən yararlanan təsərrüfatlardan biri də İsmayıllı rayonunun Balik kəndində yerləşən Azər Əliyevə məxsus təsərrüfat sahəsidir. Bağçılıq və balıqçılıqla məşğul olunan, toyuq-cücə saxlanılan təsərrüfatın sahəsi 20 hektar ərazini əhatə edir. Burada 12 nəfərin gecələməsi və 60 nəfərin qidalanması üçün şərait var. Eləcə də, təsərrüfatda uşaqların əylənməsi üçün uşaq oyun meydançası tikilib.

İsmayıllı rayonunun Qalacıq kəndində yerləşən fermer Şahin Əlisultanovun təsərrüfatına da layihə çərçivəsində zəruri dəstək göstərilib. Əsas fəaliyyəti bağçılıq, arıçılıq və maldarlıq olan təsərrüfatda söhbətgah və sanitar qovşağı tikilib, uşaq oyun meydançası salınıb, rəngli lampalar quraşdırılıb. Burada 15 nəfərin gecələməsi və 24 nəfərin qidalanması üçün şərait yaradılıb. Təsərrüfata səfər edən turistlərə arıçılıq sahəsi haqqında ətraflı məlumat verilir, orqanik qidalar təklif olunur.

Təsərrüfat sahibləri layihə çərçivəsində həyata keçirilən “Aqroturizmin əsasları” mövzusunda keçirilən təlimdə iştirak ediblər.

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 315 təsərrüfat sahibi iştirak edib. Təsərrüfat sahəsinin inkişaf etdirilməsi və turistlər üçün xidmət səviyyəsinin artırılması məqsədilə 23 təsərrüfatda abadlaşdırma işləri görülüb, müxtəlif avadanlıqlarla təmin edilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
26 gün əvvəl
408 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Dövlət İmtahan Mərkəzi 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü...
  • 12 saat əvvəl
  • 71
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
Sentyabrın 6-da ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 14...
  • 1 gün əvvəl
  • 138
Vyetnamda “Yaqi” qasırğasına görə 300-dən çox uçuş ləğv edilib
“Yaqi” qasırğasının yaxınlaşması ilə əlaqədar Vyetnamda sentyabrın 7-də yerinə...
  • 1 gün əvvəl
  • 144
Aynur Abbasova: Şuşa şəhərində coğrafiya müəllimi kimi fəaliyyət göstərəcəm
“Doğma Qarabağımıza, Şuşamıza qədəm qoyacağımız üçün çox sevincliyik”.Bu...
  • 1 gün əvvəl
  • 148
Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç...
  • 1 gün əvvəl
  • 151
Dünyanın ilk nüvə saatının prototipi hazırlanıb
Alimlər nüvə saatında tələb olunan əsas komponentləri müəyyənləşdiriblər və ilk...
  • 1 gün əvvəl
  • 157