Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artıb

Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artıb

Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası çərçivəsində “İqlim dəyişikliyi və səhiyyə: Birgə fəaliyyət üçün qlobal baxış” adlı strateji dəyirmi masa keçirilib. Dəyirmi masada Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev çıxış edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bu gün bəşəriyyət iqlim dəyişikliyinin birbaşa və dolayı təsirlərini yaşayır: “Son onilliklərdə sel, quraqlıq, tufan kimi ekstremal hava hadisələrinin tezliyi və şiddəti artıb. Bu iqlim hadisələri dolayısı ilə havanın keyfiyyətinə, suyun çirklənməsinə, torpaqdan istifadə imkanlarına təsir edir”.

Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayının artdığını vurğulayan nazir deyib: “İnsanlar arasında yayılan bir çox xəstəliklər istilik dalğaları, yoluxucu xəstəliklərin ötürülməsi və iqlim dəyişkənliyi ilə əlaqələndirilir”.

Nümayəndə heyətinin rəhbəri təəssüf hissi ilə qeyd edib ki, iqlim dəyişikliyinin sağlamlığa təsiri barədə səhiyyə işçilərinin məlumatlılığı qənaətbəxş səviyyədə deyil: “Tədris proqramlarına “İqlim dəyişikliyi və səhiyyə” fənninin daxil edilməsi təklif olunur. Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatı Akademiyası iqlim dəyişikliyi və sağlamlıq mövzusunda davamlı təhsilin təmin edilməsi üçün onlayn platformanın yaradılmasında əsas rol oynaya bilər”.

İctimai səhiyyə mütəxəssisləri tərəfindən iqlim dəyişikliyinin fiziki və psixi sağlamlığa təsirinin icmalar arasında yayılmasının vacibliyi vurğulanıb.

Dəyirmi masada çıxış edən nazir səhiyyə sistemlərinin karbon dioksid emissiyalarına əhəmiyyətli dərəcədə töhfə verdiyini də qeyd edib: “Yeni iqlim problemlərini yumşaltmaq üçün səhiyyə sisteminin hərtərəfli transformasiyası tələb olunur. Bununla belə, normativlərə uyğunluq, maliyyə məhdudiyyətləri, mədəni müqavimət kimi bir sıra məsələlər “Yaşıl xəstəxanalar və sağlam şəhərlər” konsepsiyasının həyata keçirilməsində əsas problemlər kimi qalır”.

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini vurğulayan Teymur Musayev cari ildə milli və qlobal səviyyədə həyata keçirilən bir sıra tədbirlərin iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı olunduğunu bildirib: “Azərbaycan neftlə zəngin ölkə olmasına baxmayaraq, hər zaman “yaşıl” gündəliyə sadiq olub. Cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibliyi etməsi bunun əyani sübutudur”.

T.Musayev inkişaf etməkdə olan, xüsusən də az inkişaf edən və kiçik ada ölkələrinin maliyyə cəhətdən dəstəklənməsinin vacibliyini vurğulayıb: “İnanırıq ki, Qoşulmama Hərəkatına 4 illik sədrlik Azərbaycana körpü qurucusu rolunu oynamağa və Bakıda təşkil olunacaq COP29 Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılması üçün həm inkişaf edən, həm də inkişaf etməkdə olan ölkələrin mövqelərini uyğunlaşdırmağa imkan verəcək”.

Azərbaycanın səhiyyə naziri çıxışının sonunda iqlimin sağlamlığa xoşagəlməz təsirləri ilə üzləşməmək üçün dünya ictimaiyyətini tez və qətiyyətli hərəkət etməyə çağırıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
477 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 40 dəq. əvvəl
  • 12
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 20
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 28
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 36
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 39
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 46