Şəkidə II və III ixtisas qrupları üzrə qəbul imtahanları on bir mərkəzdə aparılıb

Şəkidə II və III ixtisas qrupları üzrə qəbul imtahanları on bir mərkəzdə aparılıb

Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 26-da Şəki şəhərində keçirdiyi II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 11 mərkəz ayrılıb. İmtahanlar Şəki şəhərindəki 5, 7, 8, 9, 10, 11, 12, 14, 17 nömrəli və Qoxmuq kənd tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub. İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

Ümumilikdə, 2331 abituriyentin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 30 imtahan rəhbəri və 233 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 192 zal ayrılıb. İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.

AZƏRTAC-ın bölgə müxbiri Şəki şəhər 11 nömrəli tam orta məktəbdə keçirilən qəbul imtahanında iştirak edib. Məktəbdəki bütün imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

İmtahan rəhbəri Elçin Məmmədovun bildirdiyinə görə, 244 abituriyentin iştirak etdiyi imtahanın idarə olunmasına 3 rəhbər və 23 nəzarətçi cəlb olunub.

Regional bölmədən verilən məlumata görə, bütün imtahan mərkəzlərində II və III ixtisas qrupları üzrə qəbul imtahanı mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
454 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 12 dəq. əvvəl
  • 4
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 13
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 24
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 26
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 37
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 5 saat əvvəl
  • 42