Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Nobel mükafatı laureatı Əziz Səncərlə görüşüb

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Nobel mükafatı laureatı Əziz Səncərlə görüşüb

İyunun 1-də dünyaşöhrətli alim, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qonaq əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binası ilə tanış olub.

Fuad Nəcəfli Ali Məclisin iclas zalında məlumat verib ki, burada Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə tarixi qərarlar qəbul edilib. Ötən il Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfərini xatırladan səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, dövlət başçılarımızın iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi də bu zalda keçirilib.

Sonra davam etdirilən görüşdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü barədə məlumat verib. Xüsusilə vurğulayıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilib. Müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı ilk dəfə Naxçıvanda qəbul edilib, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafının istiqamətləri məhz burada müəyyənləşdirilib. Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi Naxçıvan-Türkiyə münasibətlərinin qurulmasında da yeni mərhələyə təkan verib. Məhz o dövrdə Türkiyənin nümayəndə heyəti ilə danışıqlar aparılıb və əməkdaşlıq haqqında protokol imzalanıb. Həmin təməllər üzərində qurulan Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətləri hazırda dövlət başçılarımızın rəhbərliyi altında möhkəm və sarsılmaz xarakter daşıyır.

Əziz Səncər göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkür edib, Naxçıvanda olmaqdan məmnunluğunu bildirib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
498 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 42 dəq. əvvəl
  • 8
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 1 saat əvvəl
  • 20
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 22
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 3 saat əvvəl
  • 33
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 4 saat əvvəl
  • 38
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 5 saat əvvəl
  • 44