Selfi çəkərkən həyatını itirən 11 şəxsin son görüntüləri

Selfinin birbaşa olaraq həyati təhlükə daşıdığını söyləyə bilmərik. Ancaq təhlükəli yerlərdə selfi çəkmək həyatımızı itirməyimizlə nəticələnə bilər. Selfiyə görə ölən insanların acı taleyi...

1. Öküz həvəsi ölümünə səbəb oldu

Öküz həvəsi ölümünə səbəb oldu

İspaniyada öküz yarışları ənənə halını alıb. Bu oyun zamanı insanlar yaralana və ölə bilərlər. Sağ qalanların isə yaddaqalan hekayələri olur. Selfi çəkmək üçün öküzlərin arasına girib ölənlər çoxdur. 2015-ci ildə İspanıyanın Pamplona şəhərində 32 yaşlı Davip Lopez iki öküzün arasına girib selfi çəkmək istəyir. Bu, onun ölümüylə nəticələnir.

2. Maşında selfi çəkərkən qəzaya düşdü

Maşında selfi çəkərkən qəzaya düşdü

2014-cü ildə Şimali Karolinada Kurtni Stenford adlı şəxs avtomobilində selfi çəkərkən qəzaya düşür. Avtomobil əvvəlcə yük maşınına, sonra isə yol kənarındakı ağaca çırpılır. Kurtni həyatını itirir. Ölümündən əvvəl o, "Xoşbəxt" adlı mahnıya qulaq asırmış. Bəzən arzularımız geri dönüşü olmayan nəticələr yaradır.

3. Cabo da Rocada selfi çəkərkən yıxıldı

Cabo da Rocada selfi çəkərkən yıxıldı

Cabo da Roca Avropanın ən qərb nöqtəsi olan və köhnə qitənin Atlantik okeanın fırtınalı sularıyla qarşılaşdığı ekzotik yerdir. Bura gələnlər selfi çəkməyi sevirlər. Ancaq bu zaman təhlükədə olmadığınızı dəqiqləşdirməlisiniz. Polşalı macəra həvəskarları yüzlərlə metr yüksəklikdən yıxılıb faciəvi şəkildə ölüblər.

4. Selfi çəkdirdikləri təyyarə raketlə vuruldu

Selfi çəkdirdikləri təyyarə raketlə vuruldu

Oğlan və anasının çəkdirdiyi bu fotonu yəqin ki görmüsünüz. Lakin bu şəkillə bağlı acı reallıq var. Kuala-Lumpura istirahətə gedən ana və oğlu Ukraynadan keçərkən olduqları təyyarə raketlə vurulur. Bu şəkil dərhal internetə yüklənib. Çox acınacaqlı mənzərədir...

5. Morjla selfi çəkmək istədi

Morjla selfi çəkmək istədi

Çinli iş adamı sevdiyi heyvanla şəkil çəkdirmək istəyir. Təhlükəsizlik qaydalarına riayət etmədən 1.5 tonluq morjun olduğu hovuza girir. Morj ona hücum edərək suyun dibinə çəkir. Nəticədə, o, ölür.

6. Qumbaranın pimini çəkib selfi çəkmək istəyərkən qumbara partladı

Qumbaranın pimini çəkib selfi çəkmək istəyərkən qumbara partladı

Ural dağlarında xidmət edən 2 rus əsgər qumbaranın pimini çəkib selfi çəkmək istəyir. Bu zaman faciə baş verir. Qumbara partlayır və əsgərlər ölürlər.

7. Selfi çəkərkən üzərinə ildırım düşdü

Selfi çəkərkən üzərinə ildırım düşdü

Göy quruldayarkən selfi çəkmək istəyən bir ingilisin üzərinə ildırım düşür və o, ölür. Onun telefonu da özü kimi məhv olur.

8. Elektrik naqillərinə toxunub öldü

Elektrik naqillərinə toxunub öldü

Rumıniyalı 18 yaşlı Ana Ursu qatarların necə işlədiyini bilmirdi. Platformadakı naqillərə toxunarkən onu cərəyan vurur. Nəticədə, o, ağır xəsarət alır və xəstəxanada ölür.

9. Partini məhv edən selfi

Partini məhv edən selfi

Subaylığa vəda partisinin gəlin namizədi və rəfiqələri əylənmək üçün yola çıxırlar. Onlar selfi çəkərkən avtomobil qəzaya düşür və onlar ölürlər.

10. Binaların damında şəkil çəkdirən

Binaların damında şəkil çəkdirən

17 yaşlı gənc bir il ərzində özünə ip bağlayaraq binalardan enməyə çalışıb. Bir gün ip qırılır, o, aşağı düşür və ölür.

11. Muğlada selfi çəkərkən yıxıldı

Muğlada selfi çəkərkən yıxıldı

Fethiyedə hamilə qadın məşhur Kelebeklər Vadisində şəkil çəkdirərkən müvazinətini itirib yıxılır. 300 metr yüksəklikdən qayalığa düşən qadın faciəvi şəkildə ölür. Bu, onun son fotosu olur.

Məqaləyə emosiya bildir:
3 il əvvəl
6889 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dünyanın ən soyuq 8 ölkəsi
Dünyada sərt iqlimi ilə məşhur olan ölkələri araşdırmışıq. Bu ölkələrdə sağ...
  • 3 ay əvvəl
  • 929
Ölkə adlarının mənaları və hekayələri
Hər ölkənin adının öz mənası və hekayəsi var. “Hansı ad hansı ölkəyə aiddir?”,...
  • 5 ay əvvəl
  • 1269
Yağış yalnız Yer planetinə yağır?
Yenə çoxlarını maraqlandıran bir sualla qarşınızdayıq. Yağış yalnız Yerə...
  • 6 ay əvvəl
  • 1631
Bir növ futbolçu fabriki olan ölkələr
Futbol bütün dünyada milyardlarla insan tərəfindən sevilən və baxılan idman növüdür....
  • 7 ay əvvəl
  • 1034
Hz. Məhəmmədin həyatı | Məkkə və Mədinə dövrünün hadisələri
Məkkə və Mədinə illəri peyğəmbər əfəndimizin həyatında böyük əhəmiyyət kəsb...
  • 9 ay əvvəl
  • 2002
Dünyanın ən hündür binaları
Dünya çoxmu kiçikdir? Təəssüf ki, bəzi insanların xəsislikdə sərhəd tanımadıqlarına...
  • 9 ay əvvəl
  • 4392