Serbiya Fransadan “Rafale” qırıcı təyyarələri alıb
Serbiya Fransa istehsalı olan 12 ədəd “Rafale” döyüş təyyarəsi alıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, qırıcı təyyarələrin satışı ilə bağlı müqavilə Serbiya Prezidenti Aleksandar Vuçiçin fransalı həmkarı Makronla Belqradda keçirdiyi görüşdə imzalanıb.
Aleksandar Vuçiç 2,7 milyard avroluq müqavilənin imzalanmasının ölkəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, Serbiyanın Qərbi Balkan regionunda vəziyyətin tam sabit və təhlükəsiz olmasını istədiyini vurğulayıb.
Müqavilə köməkçi logistika paketi ilə imzalanıb və qırıcı təyyarələr Serbiyanın mülkiyyətində olacaq.
Nihad Budaqov
Belqrad
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
17 gün əvvəl
363 dəfə oxundu
363 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)