Sərnişin və yükdaşımaları üzrə buraxılış vəsiqəsi üçün edilən müraciətlərin sayı açıqlanıb

Sərnişin və yükdaşımaları üzrə buraxılış vəsiqəsi üçün edilən müraciətlərin sayı açıqlanıb

Bu günədək ölkə daxilində sifarişli sərnişin və yükdaşımaları üzrə buraxılış kartı üçün 24670, buraxılış vəsiqəsi üçün isə 9562 müraciət daxil olub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bunlardan 22397 buraxılış kartı, 7289 buraxılış vəsiqəsi üçün müraciət edənlər ölkədaxili yükdaşımaları həyata keçirənlərdir. Sifarişli sərnişindaşıma sahəsində isə müraciət edilən buraxılış kartlarının sayı 2273, buraxılış vəsiqələrinin sayı 1529-dur. İcazələrin verilməsi prosesi davam etdirilir.

Qeyd edək ki, sifarişli sərnişindaşıma və ölkə daxilində yükdaşımalarına buraxılış vəsiqəsini müvafiq sənədləri elektron qaydada AYNA-ya təqdim edərək almaq mümkündür. Bunun üçün agentlik tərəfindən AYNA informasiya sisteminin “Daşıyıcılar” altsistemi istifadəyə verilib. İstifadəçilər “e-xidmet.ayna.gov.az” portalına daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər.

Ölkədaxili sifarişli daşımaların icazə əsasında tənzimlənməsində əsas məqsəd avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, daşıyıcıların uçotunun aparılması, bu sahədə daşımaların təhlükəsizliyinin, ətraf mühit və əməyin mühafizəsinin təmin olunmasıdır.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
478 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 46 dəq. əvvəl
  • 9
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 21
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 23
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 3 saat əvvəl
  • 34
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 4 saat əvvəl
  • 39
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 5 saat əvvəl
  • 45