Sevgi etirafları, səni sevirəm sözləri 2023

Yenilənmə tarixi: 2023-05-09

Sevdiyiniz insana qarşı hisslərinizi ifadə edə biləcəyiniz ən gözəl sözləri sizin üçün hazırlamışıq. Onları təqdim edirik.

1. Səni sevirəm,çünki mənim üçün rənglərin ən mənalısı sənsən, sənsiz bir həyatın nə şəklini çəkə, nə sevə, nə də qəbul edə bilərəm.

2. Səni sevirəm, çünki hər səhər oyandıqda səninlə daha bir gün birlikdə olmağımın xoşbəxtliyini yaşayıram. Hər günə səninlə başlayıram, səninlə bitirirəm.

3. Səni sevirəm, çünki səninlə bütün fəsilləri bir gündə, bütün illəri bir fəsildə yaşamağa hazıram. Sənə bir çimdik sevinc, bir çimdik ümid və bir çimdik xoşbəxtlik göndərirəm.

4. Mən səni sevirəm, çünki içimdən başqa bir şey gəlmir və bu duyğunu həyatımda ilk dəfə yaşayıram.

5. Səni sevirəm, çünki ürəyimin qapılarını qorxmadan üzünə açıram. Bilirəm ki, kobud olmayacaqsan. Bilirəm ki, ürəyimi qanatmayacaqsan.

səni sevirəm sözləri

Səni sevirəm mesajları

Səni sevirəm, çünki məsafələrə rəğmən, yanımda olduğunu hər halınla göstərməyin xoşuma gəlir.

Səni sevirəm, çünki səninlə hər gün həyatı yenidən kəşf edirəm. Mənə mütləq hər gün kəşf etmək üçün bir şey təklif edirsən.

Səni sevirəm, çünki bir şeyə sahib olmaq üçün ömrünü sərf etmirsən. "Əlimdə olan bəsimdir" deyə bilmək fəzilətinə sahibsən. Acgöz deyilsən, kifayətlənməyi bacarırsan.

Səni sevirəm, çünki sən məni dünyanın ən xoşbəxt adamı edirsən. Xoşbəxtliyin adını dəyişdirsəm, sənin adını qoyaram.

Səni sevirəm, çünki mənə dəyər verirsən. Məndən ötrü narahat olursan, mənimlə maraqlanırsan.

Səni sevirəm, çünki sən yatarkən də səndən uzaq olduğum anları vurub öldürmək istəyirəm. Çayı içməyi sevdiyin o armudu stəkanı belə qısqanıram bəzən.

Səhər yuxudan duranda ilk baxmaq istədiyim və öpüb gecən xeyrə demək istədiyim yeganə insan sənsən. Səni sevirəm, çünki bilirəm ki, sən mənim evlənəcəyim kişi/qadın olacaqsan və məni dünyanın ən xoşbəxt insanı edəcəksən.

Səni sevirəm mesajları

Səni sevirəm, çünki nə vaxt bir şey yazmaq niyyətində olsam, qələmimin ucundan yalnız sənin haqqında sözlər çıxır. Yadıma bir sevgi mahnısı salır, onu sənə mən yazmışam kimi öyünürəm.

Səni sevirəm, çünki imkansız deyilən bir şeyin olmadığına, istəyin insan həyatında nə qədər vacib olduğuna məni inandıra bilirsən.

Səni sevirəm, çünki səndə ruh var. Hər işə ruhunla sarılırsan. Sevərkən də beləsən. Ruhunu doyuzdurmaq üçün sevirsən.

Səni sevirəm, çünki ulduzları ovucuna gətirirsən. Mənə isti sarı günəşi təqdim edirsən. Ən coşğun dənizlərin maviliyini gətirirsən. Dalğa-dalğa içimə yayılırsan.

Səni sevirəm, çünki məni mühakimə etmirsən. Sən məni olduğum kimi, səhvlərimlə və zəif tərəflərimlə qəbul edirsən. Məni dəyişdirmək əvəzinə anlamağa çalışırsan.

Səni sevirəm, çünki böyük xoşbəxtliyin kiçik şeylərdən yarana biləcəyini başa düşürsən. Həyatındakı kiçik xoşbəxtlikləri birləşdirib nəhəng xoşbəxtlik əldə edə bilirsən.

Sən həmişə ağlımdasan və mən həmişə səni düşünürəm. Yavaşca mənə tərəf gəl və əlimdən tut, sonra heç vaxt buraxma. Həyatımı səninlə keçirmək, sənin yanında gəzmək istəyirəm. Mən səni sevirəm, çünki bütün istədiyim həyatımın sonuna qədər səninlə olmaqdır.

səni sevirəm whatsapp status

Səni sevirəm, çünki ağlayanda göz yaşlarını, güləndə gülüşünü gizlətmirsən. Ürəyinin ən dərin yerindən gələn kədərlə ağlaya və ağız dolusu gülə bilirsən.

Səni sevirəm, çünki təbiətdəki hər məxluqa məhəbbətlə yanaşa bilirsən. Üşüyən küçə pişiyi görəndə kədərlənirsən. Hər canlıya kömək etmək üçün mübarizə aparırsan.

Səni sevirəm, çünki sənin eşqin heç yerə sığmırdı, sadəcə ürəyimə sığırdı. İndi ürəyimə də sığmır, gözlərimdən süzülür.

Məni qısqandığın üçün səni sevirəm. Elə zövqlə, elə qaydasında qısqanırsan ki, çox xoşuma gəlir. Nə məni həddən artıq sıxırsan, nə də diqqətsizlik edirsən.

Səni sevirəm, çünki damarlarımda qan olub ürəyimə axırsan. O gözəl gözlərində cənnəti görürəm. Həyatımın mənası sənsən, bunu dəqiq bilirəm.

Səni sevirəm, çünki üzərimə yağış yağdıqca hər damlanı sənin sevgin zənn edirəm. Kölgən üçün belə darıxıram.

Gözlərinin içinə baxanda görürəm ki,ikimiz birlikdə qocalacağıq və sonsuza qədər xoşbəxt olacağıq.Səni sevirəm,çünki sən bütün həyatımı bölüşmək istədiyim tək insansan.

Sevgi etirafı

Səni sevirəm, çünki sən yol olsan, yorulmadan gəzərəm, yuxum sən olsan, heç oyanmaram, gecəm sən olsan, səhəri arzulamaram. Son nəfəsim sən olsan, indi ölərəm.

Səni sevirəm, çünki bu qədər saxtalığın içində həqiqi olan tək sənsən. Səndə qeyri-təbiilikdən, saxtalıqdan əsər-əlamət yoxdur.

Ruhumu qapına, ürəyimi əllərinə, canımı bədəninə, yuxumu yatağına, öpüşlərimi dodaqlarına göndərəcəyəm! Və and içirəm səni ölənə qədər sevəcəm

Bilmirəm sənə nə deyim günəşim desəm gün batar, ömrüm desəm ömür qısadır, sənə əzizim deməliyəm. çünki bu ruh səninlə yaşayır.

Sevgiliyə yazmaq üçün gözəl sözlər dolu məqalələrimiz:

Məqaləyə emosiya bildir:
2 il əvvəl
30173 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (10)
Sinqibad (1 ay əvvəl)
Nə siqeret
Mübariz (1 ay əvvəl)
Ay toybe
Aynur (6 ay əvvəl)
Super❤
Əsmər (7 ay əvvəl)
Çox superdı nolursa olsun urekden sevmek lazımdı
kazımov 015 (8 ay əvvəl)
salamlar olsun sevənlərə
PULRTA (1 il əvvəl)
sev səni sevəni dünya yerlə yeksan olsada sevmə səni sevməyəni Misirdə sultan olsada
əli (1 il əvvəl)
Sevrəm mahnısı
Huseyin Aliyev 035 (1 il əvvəl)
Super
yusid (1 il əvvəl)
Nömrəni dyərdin
Ayan Ç (2 il əvvəl)
Çox cətindi
Oxşar yazılar
Sevgi qeydləri - Ən şirin sevgi mesajları
Ən gözəl sevgi sözcükləri, sevgi mesajları, sevgiliyə yazmaq üçün mənalı sevgi...
  • 11 ay əvvəl
  • 14586
Azanla əlaqəli sözlər
Azan haqqında olan ən gözəl və mənalı sözləri sizə təqdim edirik. Azan islamın...
  • 11 ay əvvəl
  • 7605
Instagram-da fotolara yaza biləcəyiniz sevgi sözləri
Sevgi hisslərinizi göstərmək üçün Instagram-da fotolarınıza yaza biləcəyiniz sevgi...
  • 11 ay əvvəl
  • 9462
Xoş gəldin, may mesajları
Mayın gəlişi ilə bağlı yazılı şəkillər hazırlamışıq. Bunları Whatsapp durumunuzda...
  • 12 ay əvvəl
  • 8002
Qız övladı haqqında gözəl sözlər
Atanın qız övladı üçün whatsapp statusda paylaşmaq üçün gözəl sözlər. Anadan...
  • 1 il əvvəl
  • 24308
Facebook üçün qısa statuslar
Milyonlarla insan bir-biri ilə əlaqə saxlamaq və hisslərini bölüşmək üçün Facebook-dan...
  • 1 il əvvəl
  • 10589