Sevgililər günü kimin adıyla bağlıdır? Sevgililər günü ilk dəfə nə vaxt qeyd edilib?

Sevgililər günü kimin adıyla bağlıdır? Sevgililər günü ilk dəfə nə vaxt qeyd edilib?

Sevgililər günü hər il fevralın 14-də bir çox ölkədə bir-birini sevən insanların qeyd etdiyi bayram sayılır. Sevgililər gününün tarixi ilə bağlı bir çox əfsanə vardır.

Bu günün ən böyük rəmzi Romanın sevgi tanrısı olan Kupidanın təsvir olunduğu ox və yayla kiçik uşaq rəsmidir. Digər bir inanc isə Sevgililər gününün Roma Katolik Kilsəsinin rahibi Müqəddəs Valentinin adıyla bağlı olmasıdır. Buna görə bəzi ölkələrdə Müqəddəs Valentin Günü kimi qeyd olunur.

Sevgililər günü kimin adıyla bağlıdır? Sevgililər günü ilk dəfə nə vaxt qeyd edilib?

Antik Roma festivalı və Sevgililər günü

Əfsanəyə görə, romalılar e. ə. III əsrdə tanrı Luperkusun şərəfinə Sevgililər gününü qeyd edirdilər. İnanca görə, çobanların tanrısı Luperkus qoyunları qurd sürüsündən qoruyur və hər il fevral ayında Luperkusa qurbanlarını təqdim etmək üçün Luperkalia adlı festival təşkil edilirdi. Festivalda qızlar hazırladıqları qutulara sevdiklərinin adını yazar və 14 fevralda püşklə cütlüklər seçilərdi.

Sevgililər günü xristian festivalıdır

Roma imperiyasında xristianlığın yayılması üçün rahiblər Roma festivallarının ad və anlamlarını dəyişdirdilər. Luperkalia da Sevgililər gününə çevrildi. Qızların qutularındakı adlar xristian müqəddəslərinin adları ilə dəyişdirildi. Hər igid bir qutu seçərək müqəddəs həyatı yaşamağa və özünü dinə həsr etməyə başladı.

Sevgililər günü kimin adıyla bağlıdır? Sevgililər günü ilk dəfə nə vaxt qeyd edilib?

Müqəddəs Valentin kimdir?

Digər bir əfsanədə imperator Klaudiusun zamanında yaşayan Valentin adlı rahibdən söz açılır. İmperator Klaudius xalq tərəfindən sevilməyən müharibə düşkünüdür. Kişiləri, oğlan uşaqlarını zorla döyüşə göndərib. Kişilər yorulub, evə qayıtmaq istəyiblər. İmperatorluqda rahiblərin nikah imzalaması qadağan edilib. Ancaq Valentin adlı rahib imperatora meydan oxuyaraq cütlükləri gizlicə evləndirir. Bunu öyrənə Kludius rahibi zindana atdırır sonra isə edam etdirir. Valentinin öldüyü gün - 14 Fevral Sevgililər günü kimi tarixə düşür.
Orta əsrdə Valentin

1381-ci ildə yazılmış Parlament of Foules adlı kitaba görə Fransa və İngiltərədə 14 fevral quşların cütləşmə günü kimi qeyd olunurdu. Buna görə, sevgililər bir-birilərinə Valentin deyə xitab edirdilər.

Xristian olduğu üçün öldürülmüş din xadimi Valentinlə romantik eşq arasındakı əlaqəni anladan əfsanələrin XIV əsrdə meydana çıxdığı bildirilir. Əfsanələrdə əsas mətləblər bunlardır:

- Valentin öldürüləcəyi gündən bir gün əvvəl qaravolçunun bacısına imzalı eşq məktubu verib.

- Roma əsgərlərinin evlənməyinin qadağan edildiyi dövrlərdə onları gizlicə evləndirirdi.

Dövrümüzdə Sevgililər günü

14 Fevral 1800-cü illərdə amerikalı Ester Houlandın ilk sevgililər günü kartını yollamasından bu yana insanların qeyd etdiyi bir hadisəyə çevrildi. Təbii olaraq bu hadisənin iqtisadi tərəfi də əhəmiyyət qazandı və Sevgililər günü dünyada ticarətin canlandığı dövrə çevrildi.

Sevgililər günü adətləri

Bu gündə ən çox istifadə olunan üsul yoldaşı və ya sevgiliyə verilən kartlardır. Bu kartlara sevgi ismarıcları, eşq şeirləri və s. Yazılır. Xüsusilə, Qərbdə sevgilisi olmayanlar maraq göstərdiyi şəxslərə kart göndərir. Kartı alan şəxs "sevgilim olarsan?" yazılan bu imzasız kartın kimdən gəldiyini tapmağa çalışır. Cütlüklər bu günü birgə keçirir, yemək yeyirlər.

Sevgililər gününün gecəsinin də xüsusi olmağına önəm verirlər. Cazibəli paltarlar geyinirlər. Həmçinin, bu gündə bir çox evlənmə təklifi edilir.

Məqaləyə emosiya bildir:
emotion
38
emotion
12
emotion
8
emotion
4
emotion
18
emotion
6
emotion
4
Dostlarınla paylaş:
4 il əvvəl
10782 dəfə oxundu
ilk.az-çılar nə deyir?