Sezar salatının yaranma tarixi və hazırlanma qaydası

Yenilənmə tarixi: 2021-10-19

İtaliya öz zəngin mətbəxi ilə daim dünya xalqlarının diqqət mərkəzində olub. Məşhur "Sezar" salatı da bu qəbildəndir.

Əfsanə 1: Otel Casesar Sarayının sahibi və aşpazı Sezar Kardini, 4 iyul 1924 -cü ildə (Amerikanın Müstəqillik Günü) yenidən izdihamlı bir müştəri ilə məşğul olurdu. O həftə, gözlədiyindən daha çox müştəri gəldikdə, kilerdəki maddələrin çoxu tükənir, Sezar Cardini isə ətrafındakı maddələrdən salat hazırlayır. Adı "Sezar Salatı" olur.

Əfsanə 2. Sezar salatının adının əslində "Aviator salatı" (Aviator / pilot salatı) olması və San Dieqodan olan bir Amerika aviatoru üçün hazırlanması da hekayələr arasındadır.

Əfsanə 3: "Aviator salatı" ilə oxşar bir hekayədir. Bir çox əsgər, çox içdikdən və komendant saatı itirdikdən sonra restoranda uzun bir gecədən sonra Sezar Kardini restoranında qalmaq məcburiyyətində qalırlar. Səhər Chef Cardini onlara salat hazırlayır. "Aviator salatı" adlı salat sonradan Sezar salatı kimi tanınır.

Bu doyumlu və az kalorili salatın çox maraqlı yaranma tarixi var. Əslində salat, Roma imperiyasının hökümdarının deyil, onu ilk dəfə hazırlayan italiyalı aşbazın şərəfinə Sezar adlandırılıb. Belə ki, ABŞ-da yaşayan Sezar Kardininin restoranına gecənin bir yarısı müştərilər axışıb, yemək tələb edirlər. Peşəkar aşbaz, mətbəxində qalan bir neçə ərzaqlardan salat hazırlayır. Uzun illər bu salat Kulinar müsabiqələrdə birinciliyi qazanır. Günü bugün də, 20- dən artıq növü olan Sezar salatı aktuallığını itirmir.

Sezar salatı haqqında

Sezar salatının tərkibi:

  • 1 böyük dəstə kahı
  • 1 toyuğun döş əti
  • 2 ədəd yumurta
  • 10 ədəd kiçik ölçülü pomidor (çerri)
  • 100 qr parmezan pendiri(tapmasanız adi holland pendiri ilə əvəz edin)
  • 100 qr kub şəkilində doğranmış suxarı

Sous üçün

  • 6 x/q bitki yağı
  • 1 ədəd limonun suyu
  • 1 x/q mayonez
  • 2 diş sarmısaq

Sezar salatı necə hazırlanır

Hazırlanma qaydası:

  1. Sezar salatına xüsusi ləzzəti sous verir. Odur ki, öncə sousu hazırlamaq lazımdır. Yağ, mayonez və limon suyunu bir qaba töküb, qarışdırırıq. Üzərinə rəndələnmiş sarmısaq da əlavə edirik. Sous hazırdır.
  2. Toyuğun döş ətini kub formasında doğrayıb, qızardırıq. Eləcə də çörəyi eyni ölçüdə doğrayıb, sobada suxarı halına gələnədək bişiririk. Yumurtanı da qaynadıb, qabığını təmizləyirik.
  3. Kahını orta ölçüdə doğrayıb, salat hazırlayacağımız qaba tökürük. Üzərinə bir neçə qaşıq sous əlavə edirik. Daha sonra, suxarı, qızardılmış əti tökürük. Orta ölçüdə doğranmış yumurta və pomidoru da əlavə edirik. Doğranmış pendiri səpib, bütün sousu salatın üzərinə tökürük. Zövqə görə duz və istiot da səpmək olar. Salat hazırdır.

recept.az

Məqaləyə emosiya bildir:
4 il əvvəl
11185 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dünyanın ən soyuq 8 ölkəsi
Dünyada sərt iqlimi ilə məşhur olan ölkələri araşdırmışıq. Bu ölkələrdə sağ...
  • 3 ay əvvəl
  • 933
Ölkə adlarının mənaları və hekayələri
Hər ölkənin adının öz mənası və hekayəsi var. “Hansı ad hansı ölkəyə aiddir?”,...
  • 5 ay əvvəl
  • 1270
Yağış yalnız Yer planetinə yağır?
Yenə çoxlarını maraqlandıran bir sualla qarşınızdayıq. Yağış yalnız Yerə...
  • 6 ay əvvəl
  • 1633
Bir növ futbolçu fabriki olan ölkələr
Futbol bütün dünyada milyardlarla insan tərəfindən sevilən və baxılan idman növüdür....
  • 7 ay əvvəl
  • 1034
Hz. Məhəmmədin həyatı | Məkkə və Mədinə dövrünün hadisələri
Məkkə və Mədinə illəri peyğəmbər əfəndimizin həyatında böyük əhəmiyyət kəsb...
  • 9 ay əvvəl
  • 2002
Dünyanın ən hündür binaları
Dünya çoxmu kiçikdir? Təəssüf ki, bəzi insanların xəsislikdə sərhəd tanımadıqlarına...
  • 9 ay əvvəl
  • 4392