Şimali Kiprin nümayəndə heyəti Mərkəzi Elmi Kitabxananı ziyarət edib

Şimali Kiprin nümayəndə heyəti Mərkəzi Elmi Kitabxananı ziyarət edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) təhsil naziri Nazim Çavuşoğlu, ŞKTC-nin Bakıdakı nümayəndəsi Ufuk Turqaner Mərkəzi Elmi Kitabxanada yaradılan “Şimali Kipr Türk Cümhuriyyəti” diplomatik guşəsinin açılışında iştirak ediblər.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, qonaqlar “Akademik zal”da yaradılan guşədə ŞKTC-nin Azərbaycandakı nümayəndəliyinin MEK-ə hədiyyə etdiyi ədəbiyyatlarla tanış olublar.

Qonaqları salamlayan AMEA-nın prezidenti İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə arasındakı münasibətləri xarakterizə edən milli konsepsiya “Bir millət, iki dövlət” fikrindən bəhs edərək, konsepsiyada Şimali Kipr Türk Cümhuriyyətin Türkiyədən ayrı heç vaxt nəzərdə tutulmadığını vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimində “Bizim ailəmiz Türk dünyasıdır” dediyini xatırladan akademiya rəhbəri, Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsindən və xalqlarımız arasında müxtəlif sahələrdə əməkdaşlığın artırılması üçün imkanların mövcud olmasından danışıb.

ŞKTC-nin təhsil naziri Nazim Çavuşoğlu Türk dünyasının bir ailə olduğunu, qardaş Azərbaycanın Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verdiyini qeyd edib. N.Çavuşoğlu vurğulayıb ki, Şimali Kipr və Azərbaycan əzmlə mübarizə apararaq öz məqsədlərinə nail olub. Ölkələrimiz arasında elm və təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

ŞKTC-nin Bakı üzrə nümayəndəsi Ufuk Turqaner diqqət və qonaqpərvərliyə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib.

Daha sonra MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olan qonaqlar burada Qarabağ müharibəsinə həsr edilən sənədlərin sistemli şəkildə toplanaraq mühafizə olunması barədə ətraflı məlumat əldə ediblər.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
465 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 1 saat əvvəl
  • 16
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 2 saat əvvəl
  • 23
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 3 saat əvvəl
  • 29
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 37
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 5 saat əvvəl
  • 40
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 6 saat əvvəl
  • 47