Şimali Koreya ordusuna yeni ballistik raket qurğuları verilib
Koreya Xalq Demokratik Respublikasının (KXDR) sərhəd qoşunlarına ölkənin müəssisələrində istehsal olunmuş yeni 250 taktiki ballistik raket buraxılış qurğusu verilib.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Mərasimdə ölkə lideri Kim Çen In da iştirak edib.
Buraxılış qurğularının taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilmir.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
1 ay əvvəl
452 dəfə oxundu
452 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)