Şir bürcü haqqında hər şey

Şir qoç və oxatanla paylaşdığı od qrupunun sabit xarakterə sahib üzvüdür. Şirlər insanları cəlb etməyi və bir yerə toplamağı bacarırlar.

Şir tarlalarda məhsulun yetişdiyi avqustun övladıdır. Şirlər olduqca enerjili, cazibəli, güclüdürlər.
Yaşları nə olur olsun, həyatdan gözləntiləri azalmaz və gələcəyə dair müsbət düşüncələrə sahibdirlər. Bu əhval-ruhiyyəni əks etdirən bir güzgü kimi davrandıqları üçün daxil olduqları hər mühitdə diqqət çəkirlər.

Heç bir insana və ya vəziyyətin onlara qarşı olmasına əsla dözə bilmirlər. "Sevib, sevilməli" prinsipi ilə davranır, xahiş edir, təşəkkür edir, məmnunluq bildirirlər.

Şiri yaxşı qarşılayan və istədiyini verən kəs əliboş qayıtmaz. Anında olmasa da, uyğun bir zamanda mükafatını alar.

Əlbətdə ki, asanlıqla razı olmurlar, standartları çox yüksəkdir. Ancaq oxatanlar kimi qərarsız bir təbiətə sahib deyillər.

Şir bürcü

Hər şir bürcü nümayəndəsi güzgüyə baxanda onu dəyərli hiss etdirən şeylərə - şöhrətə, pula, vəzifəyə əhəmiyyət verir. Ancaq bunlar onun üçün yalnız alətdir və itirsə də, yerini doldura bilər.
Son nəfəsə qədər yaşadığı hər gün həyatını mənalı etmək üçün həvəs göstərir. Və heç bir şey onu bu coşğunu itirməkdən artıq dəyərsiz hiss etdirə bilməz.

Xüsusilə Venera və Merkuri üçün yaxşı bir mövqedə olan şirlər üçün qurduqları münasibətlər sərvət dəyərindədir. Həmçinin şirlər başqalarından öz məqsədləri naminə istifadə edə bilərlər.
Çox geniş ürəkli və açıqsözlü görünsələr də, müəyyən məsələlərdə mühafizəkar olmağa meyllidirlər. Məsələn, şəxsi həyatlarında həssasdırlar, hər şeyə baxmayaraq ailə ləyaqətlərini qoruyurlar və xoşagəlməz hadisələrin ictimaiyyətin gözündən kənarda qalmasını istəyirlər.

Sosial ortamlarda ümumi bir ləzzət adamı kimi görünsələr də, həyatlarını formalaşdırmaqda sərt və nəzarətli davranırlar. Onların nizamları pozulduqda əsəbiləşirlər.

Şirlər yolunu ürəyinə görə seçirlər,inanclarında və hədəflərində güzəştsizdirlər. Bir hədəfə qapandığı zaman döyüşçü şəxsiyyəti ortaya çıxır.

Şir və əlaqələr

ŞİRLƏRİN inama ehtiyacı çox yüksəkdir. Şir özünə inam, mərhəmət və ədalət hissinə malikdir. Bu səbəbdən insan münasibətlərində həm güclü, həm də məhəbbətlə davranır.

Ailələrini sevirlər. Ailə tarixlərini öyrənməyə və ailə işlərinə qarışmağa can atırlar. Yaxınlarını itirməkdən qorxurlar və xüsusilə erkən itkilərin travmalarını ağır keçirirlər.

Bacı-qardaşları ilə rəqabətdə olurlar. Ailə mühiti şirlər üçün iqtidar mübarizəsinin başladığı ilk yerdir.

Çox uşaq sahibi olmaq və genlərini ətrafa yaymaq istəyirlər. Övladlarını sevirlər, ancaq bəzən məsuliyyətsiz davranırlar. Vəya verdiklərinin qarşılığını istəyirlər.

Şir sevgi insanıdır. Hər şeyə - insana, mühitə, fəaliyyətə - ehtirasla yanaşır və istədiyi nəticəni əldə edənə qədər çalışır. Çətin olanı əldə etməyi, əlçatmaz görünənə nail olmağı və rəqabətdən zövq almağı sevir.

Öz ilhamlarını və hədəflərini dəstəkləyənləri sevir, evlilikdə onlara üstünlük verirlər.
Dinamik, lakin etibarlı evliliklər qurmaq, evləndikləri insanla birlikdə inkişaf edə biləcəklərini hiss etmək və ortaq hədəflər çərçivəsində hərəkət etməkdən məmnunluq duyurlar.

Əkizlər və dolça bürcləri şirlərlə yaxşı yola gedirlər.

Oxatan və balıqlar çətin hədəflər qoyduqları üçün şirlərin həyatına ən çox daxil olan tərəfdaşlardır.

Əqrəblər və oğlaqlarla ehtiraslı və dərin qarşıdurmalar yaşayırlar.

Qoçlarla rəqabətdə olaraq isti günlər keçirə bilərlər.

Şir və karyera

Şir bürcü haqqında

Şirlər əyləncəni sevsələr də, iş həyatında intizamlı davranırlar. İşdə özlərində əlavə məsuliyyət hiss edirlər.

Məşhurlaşmaq və idarə etməyi çox sevirlər.
Robert de Niro, Robert Redford, Sean Penn, Antonio Banderas, Melanie Griffith, Dustin Hoffman, Peter O’Toole, Hale Berry kimi məşhurlar da şir bürcüdür.
Şirlər yaradıcılıqları ilə də ön plana çıxmağı xoşlayırlar. Sam Mendes, Bob Thornton, Alfred Hitchcock kimi rejissorlar buna misaldır.

Şir fəqlilik yaradır

İndustriyada uğur qazanmış Henry Ford, Apple’ın ortağı Steve Vozniak, mucit Orville Wright və onlar qədər də nailiyyət əldə etmiş Jacqueline Kennedy Onasis, Astronot George Lwellyn, Psikolog Carl Jung, Tasarım İkonu Andy Warhol, Dini Lider Sri Aurobindo, Kadın Pilot Amalia Erhardt, Okültist Helena Blavatsky kimi məşhurlar da şir bürcündədirlər.

Şir və sağlamlıq

Şir bürcünün sağlamlığı

Əslində çox sağlam insanlardır. Saturn və Yupiter yaxşı mövqedədirsə, şirlər sağlam olar və gözəl günlər keçirərlər.

Şir ürəyi təmsil edir. Şirlər ürək və təzyiqlə bağlı problemlər yaşaya bilərlər.

Şirin yolu

Şir bürclərin qızıl övladıdır. Kainat onu hər kəsin istədiyi şeylə təchiz edibdir. Hər girdiyi işdən uğur qazana bilir.

Hər şeyin mərkəzində olurlar, diqqət toplayırlar, idarə etməyi bacarırlar.

Zəif cəhətləri isə ifrat qürur və bəyənilmək ehtiyacıdır.

Şir bürcündən olan Robert Redfordun rol aldığı ”THE NATURAL” filmi istedadı ilə beysbol sahələrini alt-üst edən idmançının həyatından bəhs edir. Ancaq qeyd olunur ki, təkcə istedad kifayət etmir. Yalnız qabiliyyətlərinə görə irəliləməyə çalışanlar mütləq uduzacaqlar...

Şir ehtiyac duyduğu gücü və səbri tapmaq üçün sevilməyə can atmağı dayandırıb, həyatın əsl mənasını öyrənməli və mübarizə aparmaqdan həzz almağı bacarmalıdır.

Məqaləyə emosiya bildir:
emotion
27
emotion
1
emotion
1
emotion
2
emotion
16
emotion
6
emotion
1
Dostlarınla paylaş:
3 il əvvəl
19414 dəfə oxundu
ilk.az-çılar nə deyir?