Siyəzən gəncləri narkotik maddələrdən istifadənin risk amilləri barədə məlumatlandırılıb

Siyəzən gəncləri narkotik maddələrdən istifadənin risk amilləri barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “Səyyar gənclər xidməti” layihəsi çərçivəsində “Zərərli vərdişlərə yox deyək” adlı növbəti təlim Siyəzəndə təşkil edilib.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib. Tədbirin açılış mərasimində Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev, layıhənin rəhbəri Ceyhun Bayramov, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aqşin Ağayev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aqil Abdulov və həmin şöbəsinin məsləhətçisi Ramil Şirinov, Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədri Samir Baxşıyev, müəllimlər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təlim gənclərin narkotikdən asılılıq probleminə dair biliklərinin artırılması məqsədi daşıyıb. Təlimdə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili kimi məsələlərdən bəhs olunub. Gənclərə “802” qaynar xəttin fəaliyyət istiqaməti və digər məsələlər barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Bununla yanaşı, ucqar kəndlərdə yaşayan gənclər üçün “Gənclər siyasəti və dövlətçilik”, “Peşə seçimi və karyera”, “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları, robototexnika və incəsənət sahələrində masterklaslar təşkil olunub. Həmçinin vətənpərvərlik, karyera və rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilib.

Sonda gənclərə İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları təqdim edilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
431 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Harris ikinci sui-qəsd cəhdindən sonra Trampa zəng edib
ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris ikinci sui-qəsd...
  • 39 dəq. əvvəl
  • 14
Sorğu: Makron fransız siyasətçilərinin populyarlıq reytinqində 50 nəfər arasında 44-cü yerdədir
Fransa Prezidenti Emmanuel Makron “Paris Match” jurnalının və “Sud Radio”nun sifarişi...
  • 1 saat əvvəl
  • 22
Səfir Lətif Qəndilov: Dünya ümidlərini COP29-un Bakıda keçiriləcək qərarlarına bağlayır
Bu günlərdə Bişkekdə Mərkəzi Asiya və Əfqanıstanda iqlim dəyişmələri məsələləri...
  • 3 saat əvvəl
  • 32
Belarusdakı diaspor üzvləri təltif ediliblər
Sentyabrın 17-də Belarusun paytaxtı Minskdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi...
  • 3 saat əvvəl
  • 34
Dünyaşöhrətli səyyah: Bəxtimiz gətirdi ki, hava möhtəşəm idi
“Özümü çox yaxşı hiss edirəm”.ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu...
  • 4 saat əvvəl
  • 41
Azərbaycan cinayət məsuliyyətinə cəlb olunan üç Türkiyə vətəndaşını qarşı tərəfə təhvil verib
Türkiyənin hüquq-mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində...
  • 6 saat əvvəl
  • 45