Sizi yaşlı göstərən 10 makiyaj xətası

Makiyaj, dəridəki qüsurları qapatmaq, daha çox canlılıq bəxş etmək üçün istifadə olunan vasitədir. Bəzən makiyajdan ifrat dərəcədə istifadə etmək insanı olduğundan daha yaşlı göstərə bilər. Bununla bağlı edilən səhvləri təqdim edirik.

1. Tonal kremi qalın çəkmək

Tonal krem

Tonal krem insanı yaşlı göstərə bilən səhvlərdəndir. Onu nazik şəkildə çəkmək lazımdır. "Daha az makiyaj, daha yaxşı görünüş" sloqanı həqiqətən də bir çox makiyaj mütəxəssisi tərəfindən tövsiyə olunur. Gənc görünmək üçün dəri nəmli və təbii olmalıdır. Dərinizi davamlı olaraq nəmləndirməlisiniz.

2. Açıq rəngdə baza istifadə etmək

açıq rəngli baza

Dəri rənginiz çox açıqdırsa, yaşlandıqca daha isti tonlarda bazadan istifadə edin. Dərinizdən bir-iki ton tünd və parlaq bazalara üstünlük verin.

3. Göz altındakı şişkinliyə tünd qapadıcı sürtmək

gözaltı qapadıcı

Yaş irəlilədikcə göz altındakı dəri təbəqəsi incələşir. Buna görə tünd qapadıcılar sürtmək daha çox diqqət çəkməyə səbəb olar. Açıq rəngli və xəfif qapadıcı çəkin və çəkərkən barmaqlarınızla deyil, fırça ilə tətbiq edin.

4. Üzün bütün hissəsinə pudra vurmaq

üzə pudra vurmaq

Pudra burun və çənə bölgəsindəki parlaqlığı qaydasına salmaq üçün istifadə olunan məhsuldur. Lakin üzün bütün hissəsinə tətbiq edildikdə, qırışların üzə çıxmasına səbəb olar. Ən əsası, göz hissənizə pudra vurmayın.

5. Yanaqlara ənlik vurmaq

fırça və ənlik

Bunun əvəzinə almacıq sümüklərinin üst hissəsinə vurulmalıdır. Buruna yaxın hissələrə ənlik vurmayın. Fırçadan istifadə edərək almacıq sümüklərinin üst qisminə daha təbii və açıq rənglər vurun.

6. Qısa müddətdə yox olan pomada çəkmək

dodağa pomada çəkmək

Dodaq xətlərini daha dəqiq göstərmək qadını daha gənc göstərir. Bunun üçün rəngi bəlli edən və daha dayanıqlı dodaq qələmləri istifadə olunmalıdır.

7. Pomada seçimi

qırmızı pomada

İncə dodaqlara parlaq rənglər, tünd tonlar ağırlıq bəxş edir. Buna görə daha təbii rənglər seçməlisiniz. Hətta pomada əvəzinə dodaq parladıcısı istifadə edə bilərsiniz.

8. Alt kirpiklərə tuj çəkmək

tuş üçün fırça

Üst kirpiklərə tünd qara tuj çəkin. Belə halda gözləriniz və dəriniz daha bəyaz görünəcək. Həm də çox qatı olmayan tujdan istifadə etmək önəmli amildir. Çünki yaşlandıqca kirpiklər daha quru olur. Bu da tujun kirpiklərdən üzə hopmasına səbəb olur.

9. Göz altına eyeliner çəkmək

gözə eyeliner çəkmək

Eyeliner gözlərinizi daha kiçik göstərər və göz altındakı şişkinliklər daha çox diqqət çəkər. Eyelineri göz qapağınızın üstünə kənarlara doğrü qalınlaşan şəkildə çəkin.

10. Göz kənarlarına parlaq far vurmaq

fırça və parlaq far

Parlaq far gözlərin kənarlarına vurulduqda bütün incə cizgiləri ortaya çıxarır. Parlaq məhsulları göz qapağının ortalarında və yalnız qaş xətlərində istifadə edin.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
3810 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Qabarıq üz xətlərinə sahib olmaq üçün nə edə bilərik?
Bəzi insanlar ideal üz və yanaq quruluşlarına sahib olsalar belə, yanaq nahiyəsindəki...
  • 3 ay əvvəl
  • 760
Üz gözəlliyi üçün almacıq sümükləri niyə vacibdir?
Almacıq sümükləri qulaq, göz, burun, göz və çənə arasında yerləşən bir cüt...
  • 6 ay əvvəl
  • 1357
10 ən yaxşı bədən spreyi
Bədən spreyləri markalarına görə fərqli miqdar və özəlliklərdə hazırlanan və bizə...
  • 6 ay əvvəl
  • 1196
Canlı və yumşaq saçlar üçün ən yaxşı qulluq məhsulları
Fen tətbiqi, hava şəraiti, günəş, stress və yanlış saç məhsullarının istifadəsi...
  • 7 ay əvvəl
  • 950
Ən yaxşı makiyaj təmizləyici məhsullar
Makiyajınızı silərkən istifadə edə biləcəyiniz bir çox məhsul var. Həmin məhsullardan...
  • 8 ay əvvəl
  • 1107
Məsamələri aradan qaldıran ən yaxşı makiyaj nümunələri
Xüsusilə yay aylarında makiyajınızın daha uzun müddət qalması üçün makiyaj astarından...
  • 9 ay əvvəl
  • 1403