Solaxayların 10 qəribə xüsusiyyəti

Solaxay insanların bəzi xüsusiyyətlərini sizin üçün araşdırmışıq. Onları təqdim edirik.

1. Əlavə dəyər

Solaxayların xüsusiyyətləri

İnka sivilizasiyasında solaxaylara İloq deyilirdi. Bu, əlavə dəyər deməkdir.

2. Əşyalar adətən sağ əl üçün hazırlanır

Solaxayların qəribə xüsusiyyətləri

Ona görə də, solaxaylar bu məsələdə müəyyən qədər çətinlik çəkirlər. Buna misal olaraq qayçını göstərmək olar. Qayçı əsasən sağ əl üçün nəzərdə tutulub, sol ələ uyğun qayçılar isə olduqca azdır. Sağ əl üçün nəzərdə tutulmuş qayçı sol əlinizlə istifadə etsəniz, güc tətbiq edə bilməyəcəksiniz, kəsmə xəttini görməkdə çətinlik çəkəcəksiniz.

3. Əl qabiliyyətləri yüksəkdir

Solaxayların əl qabiliyyətləri

Solaxaylar əl bacarıqları tələb edən işlərdə son dərəcə uğurlu olurlar. Konserv açan, qayçı kimi alətlər sağ əl üçün nəzərdə tutulsa da, solaxaylar öz qabiliyyətləri ilə bu maneəni dəf edirlər. Boulinqdə sağ tərəfə keçməklə atış həyata keçirmək daha sürətli və asandır. Ona görə də solaxayların bu məsələdə də üstünlüyü var.

4. Onların öz günü var

Solaxaylar haqqında

ABŞ-da solaxaylar arasında həmrəyliyi artırmaq məqsədi ilə 24 il əvvəl ilk dəfə "Solaxaylar Günü" adı ilə qeyd olunmağa başlayan Dünya Solaxaylar Günü hər il avqustun 13-ə təsadüf edir.

5. Yaxşı maşın sürürlər

Solaxayların qabiliyyətləri

Automobile Association Developments tərəfindən aparılan araşdırmaya görə, solaxaylar sürücülük vəsiqəsi imtahanlarında sağ əllərini istifadə edənlərdə 57 % daha uğurlu olurlar. Solaxayların qəzaya düşmək nisbəti əhalinin ümumi nisbətindən xeyli aşağıdır.

6. Sol əli istifadə etməyin mənfi cəhətləri

Sol əli istifadə etməyin mənfi cəhətləri

Solaxayların üstünlüklərini saymaqla yanaşı, riskləri də qeyd etmək lazımdır. Alkoqolizm və maddə asılılığı kimi problemlərə solaxay insanlarda daha çox rast gəlinir. Solaxaylar şizofreniya və bipolyar pozğunluq kimi beyinlə əlaqəli xəstəliklər üçün risk daşıyıcılarıdır. Solaxay insanlarda beynin iki yarımkürəsinin qarşılıqlı əlaqəsi daha sıx olduğu üçün eyni anda bir neçə duyğu hiss edirlər.

7. Solaxaylara sosial ayrı-seçkilik

Solaxaylara sosial ayrı-seçkilik

Bir çox ölkələrdə yanlış yanaşma var: solaxaylığın xoş qarşılanmaması. “Sinster” latınca solaxay mənasını versə də, klassik latın dilində "şər və bədbəxtlik" mənasını verir. Çin mədəniyyətində solaxay həm də uyğunsuz anlamını verir. Qədim dövrlərdə bir çox mədəniyyətlərdə solaxaylığın şərlə əlaqəli olduğu düşünülürdü və şeytanın simvolu olaraq görülürdü.

8. Solaxaylar daha ağıllıdır

Solaxaylar daha ağıllıdır

Dünyadakı 7 milyard insanın yalnız 10%-i solaxaydır. MENSA yüksək zəkalılar klubunun üzvlərinin 20%-i solaxaydır.

9. Məlumatı daha tez emal edirlər

Solaxayların düşüncələri

Solaxay olmayanlara nisbətən daha sürətli məlumat qəbul etmək və emal etmək qabiliyyətinə malikdirlər.

10. Daha tez sağalırlar

Solaxaylara aid xüsusiyyətlər

Solaxaylar davamlı olaraq beyinlərini məşq etdirirlər. Solaxay bir insan insult keçirsə, normal insanlardan daha sürətli sağalma reaksiyası göstərir.

Məqaləyə emosiya bildir:
emotion
13
emotion
1
emotion
0
emotion
4
emotion
4
emotion
1
emotion
0
Dostlarınla paylaş:
1 il əvvəl
2229 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
allahu əkbər (1 il əvvəl)
MARAXLIDI