Son illərin ən populyar 5 qadın saç modeli

90-cı illərdə istifadə olunan saç modelləri ilə maraqlanır və ya həmin modelləri öz saçlarınıza tətbiq edirsinizmi? O zaman bu məqaləni oxumağınız məsləhətdir. Fərqli şəkildə istifadə oluna bilən 90-cı illərin saç modellərini sizə təqdim edirik.

1. 90-cı illərin tost saç modeli

90-cı illərin tost saç modeli

90-cı illərdə yaşamış və ya o dövrlə maraqlananlardan birisinizsə, tost saç düzümü əsl sizə görədir. Tost saç düzümü 90-cı illəri günümüzə daşıyan konsepsiyası ilə diqqət çəkir. Nostalgiya həvəskarları buna xüsusən önəm verirlər. Tost modelindən istifadə etmədən əvvəl təbii qulluq məhsulları və yağları ilə saçlarınıza həcm verin. Daha sonra tost modeli edərək qarışıq və təbii bir görünüş əldə edə bilərsiniz.

2. Buruqlu topuz saç modeli

Buruqlu topuz saç modeli

Buruqlu topuz saç modeli 90-cı illərin əngeniş yayılmış qadın saç düzümləri arasında yer alır. açlarınızı 2 və ya 3 yerdən ayırdıqdan sonra topuz düzəltməklə bu saç modelini əldə etmək olar. Vintaj saç düzümlərini sevirsinizsə, bu modelə üstünlük verə bilərsiniz. Əvvəlcə saçlarınızı düzləşdirin və sonra istədiyiniz qədər ayırın. Sonra hər çəngə saçı buraraq topuz halına gətirin.

3. Yarım topuz saç modeli

Yarım topuz saç modeli

90-cı illərin ən populyar trendlərindən biri olan yarım topuz saç modeli günümüzdə də əhəmiyyətini qoruyur. Bu model saçlara xüsusi fərqlilik bəxş edir. 90-cı illəri yaşamaq istəyənlər bu modeldən istifadə edə, nostalgiya yaşaya bilərlər. Saçlarınızı asanlıqla formalaşdıra biləcəyiniz yarım topuz saç modelindən istifadə etmədən əvvəl saçlarını təbii məhsullarla canlandırın və həcm verin. Bu model sizə fərqlilik, yeni tərz bəxş edəcək.

4. Dağınıq topuz saç modeli

Dağınıq topuz saç modeli

90-cı illərdə böyük kauçuk saç sancaqları istifadə edərək düzəldilən dağınıq topuz saç modeli 90-cı illərdə bir xeyi məşhur olub. Bu görünüşü saçlara qazandırmaq üçün saçlar yuxarıdan yığılır, sonra dağınıq bir topuz düzəldilir. Qadınların üstünlük verdiyi dağınıq topuz saç modeli təbii qulluq məhsulları və təbii qulluq yağları ilə saçlara həcm verdikdən sonra tətbiq olunsa, daha yaxşı nəticə ortaya çıxar. 90-cı illərdən bəri hələ də nüfuzunu qoruyan dağınıq topuz saç modeli təbii görüntüsü ilə sizə daha məsum bir görünüş verəcək.

5. Yüksək at quyruğu saç modeli

Yüksək at quyruğu saç modeli

Məşhurlar da daxil olmaqla hər kəs tərəfindən ən çox seçilən modellərdən biri də yüksək at quyruğu saç modelidir. Bu model öz qızıl dövrünü 90-cı illərdə yaşayıb. Həmişə trendlərdə qalmağı bacarıb. Yüksək at quyruğu saç modelindən istifadə etməklə şıq, gözəl görünüş əldə edə bilərsiniz. Bu modellə üz cizgilərinizi daha kəskin göstərə bilərsiniz.

Məqaləyə emosiya bildir:
3 il əvvəl
8297 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Qabarıq üz xətlərinə sahib olmaq üçün nə edə bilərik?
Bəzi insanlar ideal üz və yanaq quruluşlarına sahib olsalar belə, yanaq nahiyəsindəki...
  • 13 gün əvvəl
  • 403
Üz gözəlliyi üçün almacıq sümükləri niyə vacibdir?
Almacıq sümükləri qulaq, göz, burun, göz və çənə arasında yerləşən bir cüt...
  • 3 ay əvvəl
  • 858
10 ən yaxşı bədən spreyi
Bədən spreyləri markalarına görə fərqli miqdar və özəlliklərdə hazırlanan və bizə...
  • 3 ay əvvəl
  • 722
Canlı və yumşaq saçlar üçün ən yaxşı qulluq məhsulları
Fen tətbiqi, hava şəraiti, günəş, stress və yanlış saç məhsullarının istifadəsi...
  • 4 ay əvvəl
  • 654
Ən yaxşı makiyaj təmizləyici məhsullar
Makiyajınızı silərkən istifadə edə biləcəyiniz bir çox məhsul var. Həmin məhsullardan...
  • 5 ay əvvəl
  • 796
Məsamələri aradan qaldıran ən yaxşı makiyaj nümunələri
Xüsusilə yay aylarında makiyajınızın daha uzun müddət qalması üçün makiyaj astarından...
  • 6 ay əvvəl
  • 1090