Sorğu: Harris populyarlıq baxımından Trampı bir qədər qabaqlayır
ABŞ-ın vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasının qurultayından sonra amerikalılar arasında keçmiş respublikaçı prezident Donald Trampdan bir qədər daha populyardır.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə “The Hill” ictimai rəy sorğusunun nəticələrinə istinadla məlumat yayıb.
Florida Atlantik Universiteti və “Mainstreet Research USA” tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, respondentlərin 47%-i Harrisi, 43%-i isə Trampı dəstəkləyib.
Eyni zamanda, qadın respondentlərin 53%-i və kişilərin 45%-i Harrisə, qadınların 41%-i və kişilərin 47%-i Trampa üstünlük verib.
Sorğu avqustun 23-25-də keçirilib və səsvermədə 929 qeydiyyatdan keçmiş seçici iştirak edib. Statistik səhv 3,2 faiz bəndi təşkil edir.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin edilib.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
19 gün əvvəl
365 dəfə oxundu
365 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)