Sosial fobiya nədir? Sosial fobiyanın əlamətləri hansılardır?

Heç yeni bir insanla tanış olarkən güclü qorxu yaşadınızmı? Təqdimat zamanı ürək döyüntüsünün sürətlənməsini və səsinizin titrədiyini hiss etmisiniz? Hiss etdiyiniz bu dəyişikliklər sosial fobiya ola bilər.

Sosial fobiyası olan insanlar, başqaları tərəfindən araşdırıla biləcək sosial vəziyyətlər və ya performans vəziyyətləri ilə bağlı sıx narahatlıqla yaşayırlar. Onlar əskik və ya səhv bir iş görməkdən, mənfi qiymətləndirilməkdən qorxurlar və xəcalət hissini gərginliklə yaşayırlar. Psk. İdil Özgüçlüy aşanan utanc hissinin bir çox səbəbi ola biləcəyini qeyd edib:

Sosial fobiya haqqında

“Məsələn, narahatlıq əlaməti göstərməsindən (qızarma, titrəmə kimi) və bu əlamətlərin başqaları tərəfindən fərqinə varılmasından narahat olurlar və bu narahatlıq onları qapalı bir dairəyə sürükləyə bilər. Onlar qəribə danışmaqdan (nitqin strukturu ilə bağlı) və ya nitqin məzmunu ilə bağlı səhvlərə yol verməkdən qorxa bilərlər. Başqaları tərəfindən darıxdırıcı, qəribə və ya qeyri-adekvat kimi qiymətləndirilməkdən narahat ola bilərlər".

Psk. İdil Özgüçlü bildirib ki, sosial fobiyası olan insanlarda narahatlıq və qorxu vəziyyətlərində ürək döyüntüsünün artması, nəfəs darlığı, döş qəfəsində təzyiq hissi, başgicəllənmə, boğulma hissi, tərləmə və qızdırma kimi fizioloji əlamətlər ola bilər. Bunlara əlavə olaraq, sosial fobiyası olan insanlarda gözlərini yayındırma, qərarsız səs tonu, qərarsız ifadələr, tərəddüdlü jestlər, zənglərə cavab verməmək kimi davranışlar müşahidə oluna bilər. Özgüçlü, müalicə üçün müraciət edən xəstələrin 95 faizində sosial fobiyanın əlamətlərinin yeniyetməlik dövründə başladığının vurğulayıb. Buna baxmayaraq, xəstələrin müalicəyə daha çox 30 yaşlarında başladığını bildirib:

Sosial fobiya səbəbləri

“Sosial fobiyanın 12 aylıq yayılma nisbəti 7,9 %, həyat boyu yayılma nisbəti isə 13 % təşkil edir. Qadınlarda rast gəlinməsi ehtimalı kişilərə nisbətən 2/3 dəfə yüksəkdir. Ancaq yalnız simptomlara əsaslanaraq bir mütəxəssisə müraciət etmədən bir insanın sosial fobiyası olub olmadığına qərar vermək mümkün deyil”.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
3134 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dünyanın ən soyuq 8 ölkəsi
Dünyada sərt iqlimi ilə məşhur olan ölkələri araşdırmışıq. Bu ölkələrdə sağ...
  • 6 ay əvvəl
  • 1439
Ölkə adlarının mənaları və hekayələri
Hər ölkənin adının öz mənası və hekayəsi var. “Hansı ad hansı ölkəyə aiddir?”,...
  • 8 ay əvvəl
  • 1829
Yağış yalnız Yer planetinə yağır?
Yenə çoxlarını maraqlandıran bir sualla qarşınızdayıq. Yağış yalnız Yerə...
  • 9 ay əvvəl
  • 2003
Bir növ futbolçu fabriki olan ölkələr
Futbol bütün dünyada milyardlarla insan tərəfindən sevilən və baxılan idman növüdür....
  • 10 ay əvvəl
  • 1346
Hz. Məhəmmədin həyatı | Məkkə və Mədinə dövrünün hadisələri
Məkkə və Mədinə illəri peyğəmbər əfəndimizin həyatında böyük əhəmiyyət kəsb...
  • 1 il əvvəl
  • 2398
Dünyanın ən hündür binaları
Dünya çoxmu kiçikdir? Təəssüf ki, bəzi insanların xəsislikdə sərhəd tanımadıqlarına...
  • 1 il əvvəl
  • 4804