“SpaceX”in pilotlu kosmik missiyası helium sızması nəticəsində təxirə salınıb

“SpaceX”in pilotlu kosmik missiyası helium sızması nəticəsində təxirə salınıb

“SpaceX” kompaniyasının dördnəfərlik “Polaris Dawn” missiyasının kosmosa uçuşu ABŞ-ın Kennedi Kosmik Mərkəzində yerüstü avadanlıqda helium sızması səbəbindən ən azı bir gün gecikəcək. AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə “Crew Dragon” kapsulunun planlaşdırılan uçuşundan bir neçə saat əvvəl bildirilib.

Beşgünlük missiyanın ən maraqlı məqamı uçuşdan iki gün sonra, ekipaj yerdən 700 kilometr uzaqlıqda 20 dəqiqəlik açıq kosmosa çıxdıqdan sonra olacaq. Tarixdə ilk dəfə belə şəxsi kosmos gəzintisi baş verəcək.

Şirkət indi “Falcon 9” gücləndiricisi tərəfindən daşınan kosmik gəmini avqustun 28-də yerli vaxtla saat 03:38-də kosmosa çıxarmağı hədəfləyir. “Mütəxəssislər yerdən helium sızmasını daha yaxından araşdırırlar və ekipaj Yerin aşağı orbitinə çoxgünlük missiyasına hazırlaşmağa davam edir”, -deyə “SpaceX” bildirib.

Bu günə qədər astronavtlar yalnız rəsmi uçuşlar çərçivəsində kosmosda gəzintilər həyata keçiriblər, ən son olaraq Beynəlxalq Kosmik Stansiyanın sakinləri orbital evlərinə texniki qulluq və digər yoxlamalar aparmaq üçün mütəmadi olaraq skafandr geyiniblər.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
16 gün əvvəl
368 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Pompeydə “Böyük Yeddiliyin” mədəniyyət sammiti təşkil olunacaq
İtaliya “Böyük Yeddiliyə” (G7) sədrliyi çərçivəsində Pompey şəhərində bu...
  • 3 dəq. əvvəl
  • 1
Lando Norris: Oskar özü üçün mübarizə aparır
Bakıda “McLaren” komandasının rəhbəri Andrea Stella bildirib ki, Oskar Piastri lazım...
  • 25 dəq. əvvəl
  • 7
ABŞ Venesuelanın 16 rəsmi şəxsinə sanksiya tətbiq edib
ABŞ Venesuelanın bir qrup rəsmi şəxsinə sanksiya tətbiq edib.AZƏRTAC-ın ABŞ Xəzinə...
  • 1 saat əvvəl
  • 21
Dünya Köçəri Oyunlarında növbəti medal
Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya...
  • 3 saat əvvəl
  • 29
Formula 1 üzrə beynəlxalq dərəcəli hakim: Azərbaycan Formula 1 Qran-Prisinə ev sahibliyi etməklə dünya ölkələri arasında müsbət rəylər alıb
“Formula 1 mövsümündə treklər yalnız Bakı, Monako və Sinqapur şəhərlərində olur....
  • 3 saat əvvəl
  • 34
Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə qabaqcıl ölkələrdəndir
İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin...
  • 5 saat əvvəl
  • 41