Stiven Spilberqin yeni filminin premyerasının tarixi açıqlanıb

Stiven Spilberqin yeni filminin premyerasının tarixi açıqlanıb

Rejissor Stiven Spilberqin yeni filminin premyerası 2026-cı ilin may ayına planlaşdırılıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, rejissor bu filmi “Universal Pictures” kinoşirkəti ilə əməkdaşlıq çərçivəsində ərsəyə gətirəcək. Studiya ekran əsərinin adını və süjetini açıqlamasa da, layihəni “yeni orijinal film hadisəsi” adlandırıb. Bu barədə “Variety” nəşri yazıb.

Kinolentin ssenari müəllifi S.Spilberqin “Yura dövrü parkı”, “Dünyaların savaşı” və “İndiana Cons və Büllur Kəllə Krallığı” kimi məşhur filmlərinə ssenari yazan David Kepp olacaq. Filmin prodüseri S.Spilberqin son layihələrindən biri olan “Fabelmans” dramı üzərində birgə işlədiyi Kristi Makosko Kriger olacaq.

Aprel ayında “Variety” nəşri, S.Spilberqin David Keppin ssenari müəllifi olduğu yadplanetlilər haqqında olacaq film üzərində işlədiyini yazıb.

Hazırda S.Spilberq “Bullit” filmi üzərində işləyir. Bu, 1968-ci ilin eyniadlı filminin remeykidir. Trillerin qəhrəmanı hadisə barədə xəbər verən şəxsin qətlini araşdıran polisdir. Filmdə baş rolu Bredli Kuper oynayacaq. Ekran əsəri 2025-ci ildə nümayiş etdiriləcək.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
449 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 27 dəq. əvvəl
  • 10
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 19
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 27
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 3 saat əvvəl
  • 35
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 38
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 45