Streslə mübarizə aparan robot-pişik hazırlanıb

Streslə mübarizə aparan robot-pişik hazırlanıb

Yaponiya şirkəti başsız robot-pişik hazırlayıb. Əsas məqsədi streslə mübarizədə insanlara kömək etmək olan yeni qurğu Berlində keçirilən “IFA-2019” sərgisində təqdim olunub.


Başsız robot-pişik həqiqi heyvanlar kimi quyruğunu yellədə bilir. “Qoobo” adlandırılan qurğunun effektivliyini bir neçə psixoloji testi ilə sübut ediblər.

Streslə mübarizə aparan robot-pişik hazırlanıb

Pişik” insanlar tərəfindən sığallandığı zaman o tərpənməyə və quyruğunu yellətməyə başlayır. Qadcetin effektivliyi bir neçə könüllü tərəfindən qiymətləndirilib. Şirkətin mütəxəssisləri könüllülərin stress səviyyəsini müəyyən edərək onlara robot-pişiyi sığallamağa imkan veriblər. Daha sonra könüllülər arasında sorğu keçirilib.

Tədqiqat göstərib ki, “pişik” insanda apatiya, yorğunluq səviyyəsini azaltmaqla yanaşı, stressi aradan qaldırmağa və depressiya ilə mübarizə aparmağa kömək edir.

Qeyd edək ki, artıq 10 mindən çox robot-pişik satılıb.

Məqaləyə emosiya bildir:
4 il əvvəl
6887 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dünyanın ən soyuq 8 ölkəsi
Dünyada sərt iqlimi ilə məşhur olan ölkələri araşdırmışıq. Bu ölkələrdə sağ...
  • 3 ay əvvəl
  • 929
Ölkə adlarının mənaları və hekayələri
Hər ölkənin adının öz mənası və hekayəsi var. “Hansı ad hansı ölkəyə aiddir?”,...
  • 5 ay əvvəl
  • 1266
Yağış yalnız Yer planetinə yağır?
Yenə çoxlarını maraqlandıran bir sualla qarşınızdayıq. Yağış yalnız Yerə...
  • 6 ay əvvəl
  • 1628
Bir növ futbolçu fabriki olan ölkələr
Futbol bütün dünyada milyardlarla insan tərəfindən sevilən və baxılan idman növüdür....
  • 7 ay əvvəl
  • 1033
Hz. Məhəmmədin həyatı | Məkkə və Mədinə dövrünün hadisələri
Məkkə və Mədinə illəri peyğəmbər əfəndimizin həyatında böyük əhəmiyyət kəsb...
  • 9 ay əvvəl
  • 2001
Dünyanın ən hündür binaları
Dünya çoxmu kiçikdir? Təəssüf ki, bəzi insanların xəsislikdə sərhəd tanımadıqlarına...
  • 9 ay əvvəl
  • 4391