Sürətli saç böyüməsi üçün baş dərisi masajı texnikası
Gündəlik baş dərisi masajlarının saç böyüməsi üçün çox təsirli bir texnika olduğu sübut edilib. Saç dövranı təbii saç böyüməsi prosesində mühüm elementdir və baş dərisi masajları sağlam saç böyüməsini asanlaşdırır.
Baş dərisi masajı necə edilir?
Saçları necə masaj etmək olar? Şübhəsiz ki, baş dərisini masaj etmək və rahatlaşdırmaq istəyənlərin ilk verdiyi sual budur. Barmaqlarınızın ucuna sürtdüyünüz yağ və ya qidalandırıcı nəmləndiricilərlə saç dərinizə masaj edə bilərsiniz. Təbii ki, ilk növbədə, baş dərinizin allergik olub-olmadığına əmin olmalısınız. Əks halda, bu masajı tətbiq etməyiniz baş dərinizdə yara və qızartılara səbəb ola bilər. Bir qaba bir az yağ tökün və qabı qaynar suya qoyaraq yağı yaxşıca qızdırın. Yağ isti olmalıdır, lakin baş dərinizi yandıracaq dərəcədə deyil. Barmaqlarınızın ucundan istifadə edərək az miqdarda yağı baş dərinizə çəkin və saçlarınızı ayırın. Daha sonra barmaq uclarınızdan istifadə edərək dairəvi hərəkətlərlə yağı saç dərinizə yayın. Masajın sonuna doğru daha güclü hərəkətlər edin.
Baş dərisi masajı üçün hansı yağlardan istifadə etmək olar?
Baş dərisi masajı üçün hər yağdan istifadə edilmir. Amma zeytun yağı kimi yağlardan istifadə edə bilərsiniz. Həmçinin, masaj zamanı avokado, kokos, jojoba, badam, Emu və üzüm toxumu yağından istifadə edə bilərsiniz.
Baş dərisi masajı üçün məsləhətlər
Baş dərisi masajı yorucu ola bilər, çünki qollarınızı hər zaman başınızın üstündə saxlamalısınız. Yorulduqdan sonra övladlarınızdan, həyat yoldaşınızdan və ya dostunuzdan masajı davam etdirməyə kömək etmələrini xahiş edə bilərsiniz. Baş dərisi masajı etməzdən əvvəl saçlarınızı yumalısınız. Masajdan sonra xoş bir duş sizin üçün yaxşı olacaq. Yuxarıdakı hissədə baş dərisi masajının necə edildiyini və saç üçün faydalarını izah etdik. İndi isə saç dərinizə masaj edərkən istifadə edə biləcəyiniz saça qulluq vasitələrini sizə təqdim edəcəyik.
1. DIAMOND HAIR saç serumu
Diamond Hair qulluq dəsti ən yaxşı saç uzadan məhsullar siyahısında birinci yerdədir. Bu məhsulun ən böyük özəlliyi təbii tərkibli olmasıdır. Digər tərəfdən, saçları tökülən insanların üstünlük verdiyi məhsullardan biridir. Tərkibində 12 müxtəlif bitkidən soyuq presləmə üsulu ilə alınmış yağ qarışığı var. Müalicə vasitəsi kimi istifadə olunur. Qulluq yağını saçın kökündən uclarına qədər çəkdikdən sonra qidalandırıcı şampun ilə yaxalamaq lazımdır. İstifadəçilər məhsuldan maksimum effekt əldə etmək üçün yağı saçlarında ən az 1-2 saat saxladıqlarını xüsusilə vurğulayırlar (10 saatdan çox saxlamamaq lazımdır). Günaşırı istifadə olunur, lakin bəzi istifadəçilər həftədə bir dəfə tətbiq etməklə təsirli nəticə əldə etdiklərini bildirirlər.
2. Dax Supergro saça qulluq yağı
Tərkibindəki müxtəlif bitki yağları ilə baş dərisinin rahatlamasını və canlanmasını təmin edən Dax Supergro, saçların nazik olmasından qaynaqlanan qırılmaların qarşısını alır. Güclü qida dəyərinə malik formulası sayəsində saçın ehtiyac duyduğu zülalları qarşılayan yağ, qısa müddətdə saçlarınıza ipək kimi yumşaqlıq bəxş edəcək. Saçın nəm balansını qoruyaraq quruluğun qarşısını alan bu məhsulu saçları gec uzanan oxucularımıza tövsiyə edirik.
3. Boom Butter Peeling
Siyahımıza Herbal Science brendinin saç pilinqi ilə davam edirik. Xüsusi formulası ilə baş dərisini canlandıran pilinq saç tellərini daha qalın və güclü edir. Tərkibindəki bitki ekstraktları sayəsində saçlara dərindən qulluq edən məhsul müntəzəm istifadədə qırılmaları və aşınmaları aradan qaldırır. Saçlara nəm qataraq quruluğu aradan qaldıran saç pilinqi saçlarınıza yumşaqlıq və canlılıq bəxş edəcək.
4. MANE'N TAIL saçları uzadan at quyruğu şampunu
At quyruğu şampunlarının saça təsirini az-çox hamımız bilirik. Baş dərisinə birbaşa nüfuz edərək masaj edən at quyruğu şampunu saç köklərinin canlanmasına və güclənməsinə kömək edir. Saçlarınızın qısa müddətdə daha parlaq, sağlam və güclü olmasına kömək edən şampun müntəzəm istifadədə saçların uzanma sürətini artırır. Onu da qeyd etmək lazımdır ki, bu məhsul saçın yağlanmasını gecikdirir.
5. Kerastase Extensiste saç uzatma şampunu
Kerastase Extensioniste ilə ən yaxşı baş dərisi masajı məhsulları siyahımızı tamamlayırıq. Tərkibindəki güclü amin turşuları ilə saç və dəriyə dərindən təsir edən Kerastase Extensioniste, həm baş dərisini rahatladır, həm də saç köklərinin daha canlı olmasına kömək edir. Tərkibindəki bitki ekstraktları sayəsində saçın ehtiyac duyduğu qidaları qarşılayan məhsulla qırılma və aşınmanın qarşısını almaq mümkündür. Son olaraq bildirək ki, saçları kirdən və yağdan təmizləyən bu şampun sayəsində daha yumşaq və parlaq saçlara sahib olacaqsınız.
Məqaləyə emosiya bildir:
1952 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)