Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı sentyabrın 5-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 30 ailə - 102 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin edilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
7 gün əvvəl
310 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Lando Norris: Oskar özü üçün mübarizə aparır
Bakıda “McLaren” komandasının rəhbəri Andrea Stella bildirib ki, Oskar Piastri lazım...
  • 14 dəq. əvvəl
  • 5
ABŞ Venesuelanın 16 rəsmi şəxsinə sanksiya tətbiq edib
ABŞ Venesuelanın bir qrup rəsmi şəxsinə sanksiya tətbiq edib.AZƏRTAC-ın ABŞ Xəzinə...
  • 1 saat əvvəl
  • 20
Dünya Köçəri Oyunlarında növbəti medal
Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya...
  • 2 saat əvvəl
  • 28
Formula 1 üzrə beynəlxalq dərəcəli hakim: Azərbaycan Formula 1 Qran-Prisinə ev sahibliyi etməklə dünya ölkələri arasında müsbət rəylər alıb
“Formula 1 mövsümündə treklər yalnız Bakı, Monako və Sinqapur şəhərlərində olur....
  • 3 saat əvvəl
  • 33
Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə qabaqcıl ölkələrdəndir
İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin...
  • 4 saat əvvəl
  • 40
Diş implantlarının bəyan edilmədən ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı...
  • 5 saat əvvəl
  • 46