Şuşada ilk dəfə Kəlağayı festivalı təşkil olunub

Şuşada ilk dəfə Kəlağayı festivalı təşkil olunub

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ilk dəfə Kəlağayı festivalı keçirilib. Festival “Sazlı, sözlü kəlağayı günləri” layihəsi çərçivəsində Şuşa Dövlət Qoruğu İdarəsinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, festival çərçivəsində Şuşa sakinlərinə qədim kəlağayılar, qurama əl işləri, rəsm əsərləri, kitablar təqdim edilib və konsert təşkil olunub. Sərgidə 200 qədimi kəlağayı, Güllü Eldar Tomarlının toxunma əl işləri, rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri, quramaçı Aybəniz Camalovanın əl işləri, yeni işıq üzü görən ''Anam - kəlağaydı, kəlağay - anam...'' kitabı təqdim olunub.

Əvvəlcə Vətənimizin bütövlüyü, azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Çıxış edən Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı ev muzeyinin direktoru Güllü Eldar Tomarlı diqqətə çatdırıb ki, kəlağayı 2014-cü ildə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

Güllü Eldar Tomarlı əlavə edib: “Bu əlamətdar tarixin 10 illiyi münasibətilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi Azərbaycanın bölgələrində, həmçinin Naxçıvanda, elm və təhsil ocaqlarında festivallar, tədbirlər, sərgilər keçirir. “Sazlı-sözlü kəlağayı festivalı” Ermənistanın işğalından azad olunmuş Şuşada ilk dəfə həyata keçirilir. Məqsədimiz Azərbaycan kəlağayısının əvvəlki şan-şöhrətini özünə qaytarmaq və onu təbliğ etməkdir”.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
17 gün əvvəl
370 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Balakəndə qəza törədən motosikletçi komaya düşüb
Balakənin Kortala kəndində hərəkətdə olan motosiklet yoldan çıxaraq aşıb və sürücü...
  • 19 dəq. əvvəl
  • 6
Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı sərgisi açılıb
İyulun 17-də Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı...
  • 1 saat əvvəl
  • 14
BBC Banqkokda 6 vyetnamlının həlak olmasının detallarını açıqlayıb
Banqkokda lüks otel otağında ölən 6 vyetnamlı sianidli içkilərdən zəhərlənib.AZƏRTAC...
  • 1 saat əvvəl
  • 17
Naxçıvanda aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib
Naxçıvan Biznes Mərkəzində “Kapital Bank” ASC-nin mütəxəssisləri tərəfindən aqrar...
  • 3 saat əvvəl
  • 30
Azərbaycanın futbol klubları Türkiyədə təlim-məşq toplanışları keçirir
Azərbaycanın bir sıra futbol komandaları Türkiyənin şərq vilayəti olan Ərzurumda...
  • 4 saat əvvəl
  • 36
“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub
Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları...
  • 4 saat əvvəl
  • 41