Şuşanın dağıdılmış 200-dək tarix və mədəniyyət abidəsindən bu günədək 18-i bərpa edilib

Şuşanın dağıdılmış 200-dək tarix və mədəniyyət abidəsindən bu günədək 18-i bərpa edilib

Şuşanın dağıdılmış 200-dək tarix və mədəniyyət abidəsindən bu günədək 18-i bərpa edilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransında Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O, konfrans iştirakçılarına məlumat verib ki, şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı. Azərbaycan Prezidentinin tapşırığı ilə məscidlərin dərhal bərpa edilməsi işinə başlanılıb və nəticədə 4 il ərzində şəhərdə 4 məscid tam şəkildə bərpa edilib, biri şəhərdə, digəri isə Daşaltı kəndində olmaqla 2 yeni məscidin inşasına başlanılıb.

“Mühəndis infrastrukturunun yenidən qurulduğu Şuşada aparılan bütün işlər şəhərin müfəssəl Baş planına uyğun olaraq həyata keçirilir. Artıq 960 nəfərlik yeni tam orta məktəb tikilərək istifadəyə verilib, rayon mərkəzi xəstəxanasının inşasının isə cari il ərzində yekunlaşdırılması planlaşdırılır”, - deyə xüsusi nümayəndə bildirib.

O deyib: “Prezident İlham Əliyevin bizim qarşımızda qoyduğu əsas vəzifə Ermənistanın apardığı işğalçı siyasət nəticəsində yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın öz ata-baba yurdlarına qaytarılması və məşğulluğunun təmin edilməsidir. Böyük qürur hissi ilə bildiririk ki, artıq Şuşa öz sakinlərinə, buradan didərgin salınan soydaşlarımız isə öz doğma şəhərlərinə qovuşub”.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
422 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dünya birjalarında neft ucuzlaşıb
Dünya birjalarında neft ucuzlaşıb.ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Londonun ICE...
  • 39 dəq. əvvəl
  • 16
Malayziyaya məxsus təyyarə Bakı hava limanına təcili eniş edib
“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava...
  • 1 saat əvvəl
  • 27
Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır - ŞƏRH
Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Rəsmi Bakı...
  • 1 saat əvvəl
  • 27
Ekspert: “Microsoft”un çökməsi kibersavaşın “əsas məşqidir”
ABŞ-ın “Microsoft” korporasiyasının xidmətlərində yaranan qlobal nasazlıq Avstraliya...
  • 3 saat əvvəl
  • 32
Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib
ABŞ-ın keçmiş lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla...
  • 4 saat əvvəl
  • 47
Zelenski Kir Starmerə Ukraynaya qoyulan silah məhdudiyyətləri ilə bağlı çağırış edib
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Kir Starmerdən Qərb tərəfindən...
  • 5 saat əvvəl
  • 51