TANAP-ın inşası zamanı aşkarlanan minə yaxın tarixi əsər Türkiyə muzeylərində sərgilənir

TANAP-ın inşası zamanı aşkarlanan minə yaxın tarixi əsər Türkiyə muzeylərində sərgilənir

Azərbaycan təbii qazını Türkiyə və Avropa istehlakçılarına çatdıran Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) inşası zamanı Türkiyənin Anadolu bölgəsində minlərlə il keçmişə aid bir çox tarixi əsər aşkarlanıb. Boru xəttinin inşa edildiyi beş il ərzində aşkarlanaraq Türkiyənin mədəni irs inventarına daxil edilən minə yaxın əsər 2020-ci ildən etibarən qardaş ölkənin muzeylərində sərgilənir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, boru xətinin Türkiyənin bir çox sivilizasiyaya ev sahibliyi etmiş, Şərq və Qərb mədəniyyətləri arasında körpü olan Anadolu bölgəsindən keçən hissəsinin tikinti işləri ərazinin tarixi izlər baxımından zənginliyi nəzərə alınaraq xüsusi həssaslıqla aparılıb.

TANAP-ın ətraf mühitə təsirinin qiymətləndirilməsi və əsas layihələndirmə prosesi zamanı kəmərin marşrutu üzrə arxeoloji, o cümlədən daşınmaz mədəni irs sahələrinin müəyyənləşdirilməsi istiqamətində də araşdırmalar aparılıb. Bu, çöl tədqiqatları nəticəsində əvvəllər qeydə alınmayan 106 yeni ərazi aşkarlanaraq Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Mədəni İrsin Mühafizəsi üzrə regional qurumların mühafizəsi altına alınıb.

Arxeoloqların da iştirakı ilə aparılan qazıntılar Balıkesir vilayətində aşkarlanan tarixi əsərlərin çoxluğu səbəbindən ləngiyib. Əsərlərə zərər verilmədən çıxarılmasının vaxt baxımından uzun proses olması nəzərə alınaraq xəttin səkkiz kilometrlik hissəsinin istiqaməti dəyişdirilərək bölgə arxeoloqların istifadəsinə verilib.

Bu tapıntılar arasında indiyədək açılmayan məzarlar və dünyada bənzəri nadir görülən tarixi əsərlər də var. Aşkarlanan bəzi qalıqlar üzərində aparılan araşdırmalar isə bu ərazilərin bölgədəki ən qədim yaşayış yeri olduğunu göstərib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
482 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 54 dəq. əvvəl
  • 9
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 21
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 23
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 3 saat əvvəl
  • 34
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 4 saat əvvəl
  • 39
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 6 saat əvvəl
  • 45