Tanınmış yapon aliminin rəhbərlik etdiyi mütəxəssislər Ağdamda göz müayinəsi keçiriblər

Tanınmış yapon aliminin rəhbərlik etdiyi mütəxəssislər Ağdamda göz müayinəsi keçiriblər

“Fuji Optical” şirkəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı Nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanda növbəti humanitar missiyasını həyata keçirir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, tanınmış yapon alimi, “Fuji Optical” özəl şirkətinin rəhbəri Akio Kanai və 6 optometrist mütəxəssisdən ibarət heyət keçmiş məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə ödənişsiz göz müayinəsi aparır. Göz müayinəsi və eynək paylanışına mayın 28-də Ağdam rayonunun Quzanlı qəsəbəsində klub-icma mərkəzində başlanılıb. Ötən gün ərzində 537 nəfər müayinə olunub, 519 nəfərə eynək verilib.

Mayın 29-da keçirilən aksiya zamanı isə müayinə olunan 600 nəfərdən çox sakin eynəklə təmin olunub. BMT QAK-ın Azərbaycandakı nümayəndəsi xanım Bik Lum və Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe Ağdam rayonunda göz müayinəsinin aparıldığı əraziyə baş çəkib, doktor Akio Kanaiyə və missiyanın işinə cəlb olunanlara və dəstək göstərənlərə təşəkkürlərini bildiriblər.

Humanitar aksiyanı rəğbətlə qarşılayan keçmiş məcburi köçkünlər və aztəminatlı ailələr sağlamlıqlarına göstərdikləri qayğıya görə Akio Kanaiyə və “Fuci Optika” şirkətinin üzvlərinə təşəkkür ediblər.

Göz müayinəsi və eynək paylanışının mayın 31-dən iyunun 3-dək Bərdə rayonunda davam etdirilməsi planlaşdırılır. Ümumilikdə altı gün davam edəcək müayinə proseslərinin azı 2500 nəfəri əhatə edəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, bu missiya şirkətin Azərbaycanda humanitar yardım göstərməsinin 20-ci ilinin tamam olması ilə əlamətdardır. Belə ki, “Fuji Optical” şirkətinin Azərbaycana ilk humanitar missiyası 2005-ci ildə təşkil olunub. Ötən illər ərzində şirkət Azərbaycanda görmə qabiliyyətinin yaxşılaşdırılması üzrə 16 uğurlu missiya həyata keçirib və COVID-19 pandemiyası zamanı görmə və eşitmə cihazlarını ianə etməklə dəstəyini davam etdirib. Şirkət BMT-nin Qaçqın Agentliyi vasitəsilə Azərbaycana 70 mindən artıq eynək ianə edib və bu eynəklər əsasən məcburi köçkünlərə paylanılıb. Azərbaycana indiyədək ianə olunan eynək və eşitmə aparatlarının ümumi dəyəri 2,7 milyon ABŞ dollarından çoxdur.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
478 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 42 dəq. əvvəl
  • 8
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 1 saat əvvəl
  • 20
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 22
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 3 saat əvvəl
  • 33
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 4 saat əvvəl
  • 38
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 5 saat əvvəl
  • 44