Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

İyunun 15-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin təşəbbüsü ilə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik" layihəsi çərçivəsində dəyirmi masa keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə reallaşıb.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Milli Dirçəliş Günü barədə ətraflı məlumat verilib, müasir Azərbaycan dövlətinin inkişafında Ümummilli Liderin rolundan bəhs edilib.

Muzeyin direktoru - Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva çıxış edərək Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətlərindən danışıb, ikitərəfli əlaqələrin inkişafında bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.

"Cəmiyyətin İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli çıxışında "Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsinin əhəmiyyəti, layihə çərçivəsində təşkil olunan tədbirlər barədə məlumat verib. Bildirib ki, belə bir tədbirin və üç dildə dərc olunmuş “Qafqaz Evi: Regionda Sülh və Təhlükəsizlik” kitabının tədbir çərçivəsində Gürcüstanda təqdimatının keçirilməsi təsadüfi deyil. Azərbaycan ilə Gürcüstan yaxın dost və qonşu ölkələrdir. Xalqlarımız tarixən demək olar eyni proseslərin mərkəzində olublar. Bu tədbirin Tbilisidə keçirilməsi məhz Qafqazda gedən prosesləri birgə nəzərdən keçirmək, bu məsələdə gürcü siyasətçilərin, tarixçilərin fikirlərini öyrənməkdir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxışında tarixən regionda gedən proseslər, Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyi uğrunda mübarizəsi, müasir dövlətçiliyin qorunması və inkişafı istiqamətində həyata keçirdikləri layihələr, eləcə də 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı uğurun əsas səbəbləri, bu uğurun regionda sülhün və sabitliyin əldə olunmasındakı rolu barədə ətraflı məlumat verib.

Daha sonra Əhməd Abbasbəyli “Qafqaz evi” ideyasının tarixi, İlham İsmayılov isə “Müasir dövrdə “Qafqaz evi” ideyasının perspektivləri və regionda sülh və təhlükəsizliyə təsiri” mövzularında məruzə ilə çıxış ediblər.

Dəyirmi masada Gürcüstan parlamentinin sabiq deputatları, bu ölkənin elm xadimləri, tanınmış siyasətçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Çıxış edənlər mövzunun aktuallığını vurğulayıb, region dövlətlərinin və xalqlarının qonşuluq şəraitində yaşaması, sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətini bildirib, görüləcək işlər və problemlər barədə fikirlərini bölüşüblər.

Xətayi Əzizov

Tbilisi

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
418 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Malayziyaya məxsus təyyarə Bakı hava limanına təcili eniş edib
“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava...
  • 44 dəq. əvvəl
  • 19
Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır - ŞƏRH
Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Rəsmi Bakı...
  • 55 dəq. əvvəl
  • 20
Ekspert: “Microsoft”un çökməsi kibersavaşın “əsas məşqidir”
ABŞ-ın “Microsoft” korporasiyasının xidmətlərində yaranan qlobal nasazlıq Avstraliya...
  • 2 saat əvvəl
  • 27
Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib
ABŞ-ın keçmiş lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla...
  • 3 saat əvvəl
  • 41
Zelenski Kir Starmerə Ukraynaya qoyulan silah məhdudiyyətləri ilə bağlı çağırış edib
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Kir Starmerdən Qərb tərəfindən...
  • 4 saat əvvəl
  • 46
Türkiyə, Azərbaycan və ŞKTC-nin qadın sahibkarları əməkdaşlıq məsələlərini müzakirə ediblər
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə Azərbaycan arasında əlaqələr fəal şəkildə...
  • 6 saat əvvəl
  • 52