Tədqiqat: Yaşlı vaxtda fiziki məşqlər sağlamlığa müsbət təsir göstərir

Tədqiqat: Yaşlı vaxtda fiziki məşqlər sağlamlığa müsbət təsir göstərir

Danimarka Universitet Xəstəxanasının əməkdaşları idmanla məşğul olmağa başlayan yaşlı insanların bir neçə il güclü qaldığını və bunun daha uzun ömür sürə biləcəyini göstərən araşdırma aparıblar.

AZƏRTAC xəbər verir Kİ, Tədqiqat zamanı 62 yaşdan yuxarı 349 insan fiziki məşqlərin sağlamlığa və əzələ gücünə necə təsir göstərə biləcəyini öyrənmək məqsədilə dörd il ərzində müşahidə olunub.

Tədqiqat iştirakçıları üç qrupa bölünüb. onların üçdə biri idman zalında bir il ərzində ağır çəki ilə məşq edib, ikinci üçdəbiri eyni müddət ərzində elastik bantlar ilə orta intensivlikdə bədən çəkisi məşqləri edib, qalan qrupa isə gündəlik həyat tərzi sürməyə icazə verilib.

“BMJ Open Sports & Exercise Medicine” elmi jurnalında dərc edilən nəticələr intensiv məşqlə məşğul olan qrupun ayaq gücünü saxladığını, digər qruplarda iştirak edənlərin isə itirdiyini göstərib.

“Nəticələr bir qədər təəccüblüdür, lakin məmnuniyyətlə demək istəyirəm ki, bir il məşq etməklə həqiqətən də fiziki inkişafa təsir etmək olar. Hətta qocalıqda belə fiziki məşqləri bir qədər artırmalısınız”, – deyə Kopenhagendəki Bispebyerq xəstəxanasının idman tibbi üzrə mütəxəssisi Mads Blox-İbenfeldt bildirir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
404 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub
Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub.ILK.AZ...
  • 34 dəq. əvvəl
  • 10
Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri ilk oyunda qarşılaşıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib. ILK.AZ...
  • 1 saat əvvəl
  • 24
QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş keçirilib
İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında...
  • 3 saat əvvəl
  • 29
Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir
Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı...
  • 4 saat əvvəl
  • 38
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət basketbol millisi yarımfinalda
Azərbaycan basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar...
  • 4 saat əvvəl
  • 43
AFAD: Şuşada fəaliyyət göstərəcək seysmik stansiyamız ölkələrimiz arasındakı əməkdaşlıqda yeni addımdır
Xaricdəki ilk seysmik stansiyamız dost və qardaş ölkə Azərbaycanın Şuşa şəhərində...
  • 6 saat əvvəl
  • 44