Tələbə adı qazananlara yazmaq üçün təbrik mesajları

Tələbə adı qazananlara yazmaq üçün təbrik mesajları

Yenilənmə tarixi: 2022-06-25

Abituriyentlərin səbirsizliklə gözlədikləri nəticələr bəlli oldu. Dəyərli tələbələr üçün Universitetə qəbul olma münasibəti ilə təbrik mesajları hazırladıq və tələbələrin yaxınlarının istifadə etməsi üçün mesajlarımızı təqdim edirik.

Məqaləmizdə Universitet qaliblərinə təbrik mesajları; Universitete qəbul olanlar üçün təsirli təbrik mesajları, Ali məktəbə qəbul olanlar üçün yeni təbrik mesajları, universitet qalibləri üçün duyğusal mesajlarAkademiyaya qəbul olanlar üçün təbrik mesajları tapa bilərsiniz.

Universitetə ​​qəbul olan əziz qardaş və bacılarımıza bir ömür xoşbəxt olmağı və ideallarına uyğun olaraq uğur qazanmağı arzu edirik.

Ali məktəbə qəbul olmuş tələbəyə təbrik mesajı

Hansı universiteti seçirsən seç, hansı ölkəyə gedirsən get, bilki, həmişə sənə dəstək olacağıq və hər zaman arxanda duran bir ailən olacaq. Biz səni çox sevirik.

Əldə etdiyiniz uğur böyük qətiyyət və əzmkarlığın nəticəsi olduğunu bilirəm. İnanıram ki, yeni və daha böyük nailiyyətlər üçün aşa bilməyəcəyin əngəl yoxdur. Yeni tələbə adın mübarək olsun!

Canım, bu gün qazandığın universitetlə bizə ən yaxşı hədiyyəni verdin. İnşallah sonrakı həyatında da həmişə belə olacaq. Bu gözəl nailiyyətlərin qalıcı olacağı ümidi ilə. Təbrik edirəm səni!

Məktəb illərində hədəflədiyin ali məktəbə qəbul olmağın bizi çox xoşbəxt edir. Ümid edirəm və əminəm ki, bu uğurlar davamlı olacaq. Tələbəlik illərində sənə zehin açıqlığı arzu edirəm!

Tələbə adına layiq görülmüş bütün abituriyentləri səmimi qəlbdən təbrik edirəm. Yeni həyatlarında daim uğurlar arzu edirəm. İnşallah hər şey ürəyinizcə olar.


Bəli, dostlar... Günlərlə gözlədiyiniz imtahan nəticələri açıqlandı. Bilirəm ki, sevinənlər, təəssüflənənlər və təəccübləndirənlər var. Ümid edirəm arzuladığınız universiteti və sevdiyiniz bölümü qazanmısınız. gələcəyə dair atdığınız bu ilk addımlarınız xeyirli olsun...

Gənclik illərinin ən gözəl zamanları tələbəlik illəridir. Tələbə adını qazanmaq hər kəsə nəsib olmur. Ailəni və sevdiklərini bu adı qazanmaqla sevindirdiyin üçün sənə öz minnətdarlığımı bildirirəm. Uğurlarının davamlı olmasını arzu edirəm.

Şagird.. Abituriyent.. və Tələbə.. Uğurun sirri əzm! Təbriklər!

Bu gün ali məktəbə qəbul oldun, İnşallah o gün olsun ki, yaxşı bir işə qəbul olduğun xəbərini eşidək!

Uzun müddətdir bu anı gözləyirdik. Bacaracağına inanırdıq. Səni tələbə olmağın münasibətilə təbrik edirik.

Məktəb illərində hədəflədiyin nöqtəyə çatmağın bizi sevindirdi. Uğurlarının davamlı olacağına inanırıq.

Hansı universiteti seçməyindən asılı olmayaraq, biz həmişə sənə dəstək olacağıq. Uğurlarını qeyd etdiyimiz kimi, ümidsizliyə qapılanda səni ruhlandırıb yoluna davam etməyə həvəsləndirəcəyik.

Bu gün ən xoşbəxt günündür. Əylən, coş, xoşbəxtliyi hiss et. Bu gün əziyyətinin bəhrəsini gördüyün gündür. Tələbə olmağın münasibətilə səni təbrik edirik.

Əziz gənclər, qəbul imtahanlarının nəticələrinin sizin üçün xeyirli olmasını arzu edirəm.

Bu gün qəbul olmağınla ən gözəl hədiyyəni ərmağan etdin. Bundan sonrakı həyatının da gözəl keçəcəyinə ümid edirik. Uğurların bol olsun.


Heç kim müvəffəqiyyət pilləkənlərinə əlləri cibində qalxmır. Tələbə adını qazanmağın münasibətilə səni təbrik edirik.

Əldə etdiyin nailiyyətin böyük əzm və iradənin nəticəsi olduğunu bilirəm. Daha böyük uğurlar qazanmaq üçün dəf edə bilməyəcəyin maneənin olmadığına inanıram. Tələbə olmağın münasibətilə səni təbrik edirəm.

Əziz qızım, bu gün səninlə bir daha qürur duydum. Sən bizim sevimli övladımızsan. Səni çox sevirik.

Yorulmadan mübarizə apardın və hər gün daha yaxşı nəticələrə imza atdın. Səninlə qürur duyuruq.

Bir gün sənin tələbə adını qazanacağını xəyal etmirdim. Və həmin möcüzəvi gün gəlib çatdı. Bu gün səninlə bir daha qürur duyduq.

Bizə tələbə olmaq yolunda kömək edən, əllərindən gələni əsirgəməyən müəllimlərə təşəkkür edirik.

İnsan məğluq olanda yox, mübarizəni dayandıranda tükənər. Sən də mübarizə apardın və universitetə qəbul oldun.

Bu gün sənin üçün gözəl gündür, çünki illərdir çəkdiyin zəhmətin nəticəsini gördün. Artıq yeni bir həyata başlayırsan. Bu yolda sənə uğurlar arzulayırıq.

Universitetə qəbul olmaq hər şeyin sona çatdığı anlamına gəlmir. Bu, sadəcə, bir başlanğıcdır.

Bu gün sənin uğuruna yenidən şahid oldum. Universitet həyatın xeyirli olsun. Təbrik edirəm.

Hər zaman çalışdın, əmək sərf etdin, şikayətlənmədin. Səninlə fəxr edirik.

Haqq edilən uğur üçün yalnız bir şey demək olar: təbrik edirik!

Yadımdadır, bir gün tələbə olacağını bizə demişdin. Bu gün sözünü tutub istəyinə nail oldun. Təbrik edirik.

Səni çox sevir, uğurlarına sənin qədər sevinirəm. Səninlə qürur duyuram. Tələbə adını qazanmağın münasibətilə təbrik edirəm.

Gəncliyin ən gözəl anları olan universitet həyatına qədəm qoyan gəncləri təbrik edirəm. Ölkəmiz və xalqımız üçün faydalı olsunlar.

Universitetə qəbul olmağın sənin uğur əsərindir. Təbrik edirik, əziz oğlumuz.

Düşüncələr məqsədləri doğurur. Məqsədlər fəaliyyətə çevrilir. Fəaliyyət vərdişləri aşılayır. Vərdişlər xarakteri müəyyən edərək taleyimixi təyin edir. Taleyində tələbə olmaq varmış və bu məni xoşbəxt edir.

Hər şeydən əvvəl plan lazımdır. Nuh peyğəmbər gəmisini düzəltməyə başlayarkən yağış hələ yağmırdı. Sən də tələbə olmağınla bacarıqlı olduğunu sübut etdin. Təbrik edirəm.

Uğur bir səfərdir, dayanma məntəqəsi deyil. Universitet də bir səfərdir və bu səfərdə sənə uğur arzu edirəm.

Əziz qızım, sənin bu nəticəyə nail olacağına həmişə inanırdıq. Yeni həyatın xeyirli olsun. Təbrik edirik.

Hədəfi düz ortasından vurdun. İdeal universitetin xeyirli olsun.

Gedirik, amma könlümüz, ağlımız həmişə burada qalacaq. Gözəl günlərdə görüşmək üzrə, sağ olun. Mən artıq tələbəyəm...

Uğur üçün plan qurmamısınızsa, deməli, uğursuzluğa düçar olmusunuz. Sən də plan qurdun və uğuru əldə etdin.

İnsan bir şeyi ürəkdən istəsə, ona nail olar. Sən də bunu bacardın. Təbrik edirik.

Universitetə qəbul olan dostlarımı təbrik edirəm. Xalqımız sizdən çox şey gözləyir. Allah sizə yar olsun.

Sizə gözlənilməz anlarda uğurlar, qələbə yolunda gözlənilməz iş dönüşləri arzulayıram!

Ümid edirəm ki, həyatınızda gördüyünüz işlər sizi həmişə irəli aparacaq, uğurlarınızın davamlı olmasını arzu edirəm.

Arzu edirəm ki, həyatınızın hər anında xəyallarınızın gücünü hiss edəsiniz. Uğurlar sizin olsun.

Uğurlarınızın baş qəhrəmanı olan tutqularınızı hər nəfəsdə yaşamağınızı arzu edirəm.

İnancının ən böyük zəfəri olan uğurunun daimi, xoşbəxtliyinin yanaqlarından axan hər bir damla gözyaşının səbəbi olacağına ümid edirəm...

Həmişə özünüzə ən yaxşısına layiq olduğunuzu təkrarlayın, hədəfinizi bir gün də unutmadan. Uğur sevinci ilə ayaqlarınızdan süpürülməyinizi arzu edirəm.

Qoy layiq olduğunuz bütün gözəlliklər həyatınız boyu həmişə sizdən bir addım öndə olsun. Gözəl ürəyinizin uğurla dolmasına imkan verməyin.

Uğurlarınız çox olsun ki, heç nəyin ambisiyanızdan qurtula bilməyəcəyini unutmayasınız, alqış sədaları qulaqlarınızda cingildəyir.

Məqaləyə emosiya bildir:
emotion
33
emotion
12
emotion
7
emotion
5
emotion
9
emotion
2
emotion
3
Dostlarınla paylaş:
3 il əvvəl
48272 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (4)
AYWEN (1 il əvvəl)
SALAM
Army bts (3 il əvvəl)
Salam
ƏSNAY (3 il əvvəl)
salam Nurlan
Nurlan Tağıyev (3 il əvvəl)
Salam