Tələbələr arasında beş fənn üzrə respublika olimpiadasının final turu keçirilib

Tələbələr arasında beş fənn üzrə respublika olimpiadasının final turu keçirilib

Bakı Dövlət Universitetində (BDU) ali təhsil müəssisələrinin tələbələri arasında fizika, riyaziyyat, kimya, biologiya və coğrafiya fənləri üzrə respublika olimpiadasının final turu keçirilib. Bilik yarışı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və BDU-nun 105 illik yubileyinə həsr olunub.

Universitetdən bildirilib ki, olimpiadanın məqsədi Azərbaycanda fizika, riyaziyyat, kimya, biologiya və coğrafiya elmləri üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkarlamaq və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etmək, habelə tələbələr arasında elmi bilikləri təbliğ etməkdir.

Elm və Təhsil Nazirliyinin dəstəyi, Bakı Dövlət Universiteti və Təhsil İnstitutunun birgə təşkilatçılığı keçirilən olimpiadada BDU ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Odlar Yurdu Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Lənkəran Dövlət Universiteti və Bakı Mühəndislik Universitetindən fizika fənni üzrə 70, riyaziyyat fənni üzrə 66, kimya fənni üzrə 70, biologiya fənni üzrə 170, coğrafiya fənni üzrə 38 tələbə iştirak edib.

İştirakçılara verilən suallar peşəkar müəllimlər tərəfindən hazırlanıb və çətinlik səviyyəsinə görə olimpiadaların tələblərinə uyğun olub. Sualları cavablandırmaq üçün iştirakçılara 3 saat vaxt verilib. Proses başa çatdıqdan sonra cavablar müxtəlif ali təhsil müəssisələrinin nümayəndələrindən ibarət Münsiflər Heyətinə təqdim edilib.

Olimpiadanın qalibləri və mükafatçıları mayın 24-də elan olunacaq.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
493 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 49 dəq. əvvəl
  • 15
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 20
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 3 saat əvvəl
  • 28
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 36
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 39
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 6 saat əvvəl
  • 46