Təlimlərin 10-cu günü təbii fəlakətlər zamanı davranış qaydaları dərsi ilə yekunlaşıb

Təlimlərin 10-cu günü təbii fəlakətlər zamanı davranış qaydaları dərsi ilə yekunlaşıb

Anadolu Agentliyinin, Türkiyə Polis Akademiyasının, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə Ankarada keçirilən “Müharibə dövründə jurnalistika” təlimlərinin 10-cu günü təbii fəlakətlər zamanı davranış qaydaları dərsi ilə yekunlaşıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, iyulun 10-da media nümayəndələri Fövqəladə Halların İdarə Olunması Agentliyində (AFAD) olublar. Onlara təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı düzgün davranış qaydaları izah olunub. Həmçinin fəlakətlər zamanı yaranan qorxu hissini aradan qaldırmaq məqsədilə psixoloji söhbətlər aparılıb.

Sonra alpinist ləvazimatlarından istifadə edən media nümayəndələri divara dırmanıblar.

Təlim iştirakçılarına Türkiyədəki sel, daşqın, meşə yanğınları və zəlzələ bölgəsinin xəritəsi göstərilib. Müxtəlif ölkələrdən olan media subyektlərinin nümayəndələrinə helikopterə təhülkəsiz yaxınlaşma, minmə və enmə üsulları izah olunduqdan sonra onlar bunu praktiki şəkildə icra ediblər. Qeyd edək ki, təlimlərdə 10-u Anadolu Agentliyinin əməkdaşı, 15-i isə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, İraq və Qırğızıstandan olmaqla 25 media nümayəndəsi iştirak edir. Azərbaycandan bu təlimlərdə 4 nəfər media nümayəndəsi, o cümlədən AZƏRTAC-ın müxbiri, Vətən müharibəsinin iştirakçısı Elmir Səftərov da qatılıb.

Təlimlərin məqsədi müharibələr, təbii fəlakətlər və fövqəladə vəziyyətlər zamanı fəaliyyət göstərən müxbirlərin hazırlanmasına dəstək verməkdir. Media nümayəndələri 12 gün ərzində ümumilikdə 26 istiqamət, o cümlədən jurnalistika, şəxsi təhlükəsizlik, müharibə qanunları, ilk tibbi yardımın göstərilməsi, qabaqcıl sürücülük texnikalarından istifadə, suda sağ qalma, kimyəvi və bioloji hücumlardan qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət, media idarəçiliyi və digər mövzulardan ibarət təlimlərdə iştirak edəcəklər. Təlimləri uğurla başa vuran media nümayəndələri beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif olunacaqlar.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
6 gün əvvəl
364 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı sərgisi açılıb
İyulun 17-də Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı...
  • 14 dəq. əvvəl
  • 7
BBC Banqkokda 6 vyetnamlının həlak olmasının detallarını açıqlayıb
Banqkokda lüks otel otağında ölən 6 vyetnamlı sianidli içkilərdən zəhərlənib.AZƏRTAC...
  • 21 dəq. əvvəl
  • 8
Naxçıvanda aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib
Naxçıvan Biznes Mərkəzində “Kapital Bank” ASC-nin mütəxəssisləri tərəfindən aqrar...
  • 1 saat əvvəl
  • 25
Azərbaycanın futbol klubları Türkiyədə təlim-məşq toplanışları keçirir
Azərbaycanın bir sıra futbol komandaları Türkiyənin şərq vilayəti olan Ərzurumda...
  • 2 saat əvvəl
  • 31
“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub
Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları...
  • 3 saat əvvəl
  • 35
Peşə öyrənən yeniyetmə və gənclər erkən nikahın mənfi nəticələri ilə əlaqədar təlimdə iştirak ediblər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin...
  • 4 saat əvvəl
  • 44