“Tesla” avtopilot sistemini Çin və Avropa bazarlarına çıxarmaq istəyir

“Tesla” avtopilot sistemini Çin və Avropa bazarlarına çıxarmaq istəyir

Amerikanın “Tesla” şirkəti gələn il “Full-Self Driving” (FSD, “avtopilot”) sürücüyə yardım sistemini Çin və Avropa bazarlarına çıxarmağı planlaşdırır.

AZƏRTAC avtomobil istehsalçısının sosial şəbəkələrdəki açıqlamasına istinadla xəbər verir ki, iyulda şirkətin rəhbəri İlon Mask bildirmişdi ki, bu ilin sonuna qədər Avropa, Çin və digər ölkələrdə sürücü tərəfindən nəzarət (“Supervised”) ilə FSD-nin təsdiqlənməsi gözlənilir.

Sistem hazırda ABŞ və Kanadada mövcuddur. Maskın sözlərinə görə, “Tesla” həmçinin digər avtomobil istehsalçıları ilə də lisenziyalaşdırma məsələsini müzakirə edib.

Adına baxmayaraq, FSD avtomobilləri avtonom etmir onu daim nəzarətdə saxlamağı tələb edir.

Qeyd edək ki, “Full Self-Driving” hazırda ABŞ-da elektrikli avtomobil sahibləri arasında sınaqdan keçirilən “qabaqcıl” “Tesla” avtopilotudur.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
10 gün əvvəl
301 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
“Araz-Naxçıvan”ın futbolçusu Azərbaycan çempionatlarında yubiley matçını keçirib
“Araz-Naxçıvan”ın futbolçusu Urfan Abbasov Azərbaycan çempionatlarında 300-cü oyununu...
  • 5 saat əvvəl
  • 43
Güclü daşqınlar Avropanı cənginə alıb
“Boris” qasırğasının səbəb olduğu leysan yağışlar Mərkəzi və Şərqi Avropada son...
  • 5 saat əvvəl
  • 42
®  Rəhbərlərə Çağırış: “Gardashlar Mebel”in smart masası ilə Sağlamlığınızı Qoruyun
“Gardashlar Mebel” şirkətinin təsisçisi Əli Mirzəyev: “Smart masa mənim də...
  • 6 saat əvvəl
  • 45
Paytaxtdakı 53 nömrəli məktəbdə ilk dərs gününə həsr olunmuş tədbir keçirilib
Paytaxtdakı 53 nömrəli tam orta məktəbdə ilk dərs gününə həsr olunmuş tədbir...
  • 6 saat əvvəl
  • 43
Paytaxtın bir sıra yollarında sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC...
  • 7 saat əvvəl
  • 51
FTB: Tramp sui-qəsd cəhdinin hədəfi olub
ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp...
  • 8 saat əvvəl
  • 56