Texnologiyanın ən çox inkişaf etmiş 25 şəhər

Yenilənmə tarixi: 2021-03-07

Alimlər, araşdırmaçılar, ekspertler hesab edir ki, 35 ildən sonra dünya əhalisinin üçdə ikisi şəhərlərdə yaşayacaq. Bir çox şəhərlər buna hazırlanmağa çalışarkən bəziləri sahibkarlıq ruhu və yerli dəstəklər sayəsində artıq önə keçib.

2thinknow adlı araşdırma şirkəti texnoloji yatırımlar, infrastruktur, ekosistem, patent sayı kimi bir çox kriteriyaları əsas götürərək dünyanın ən texnoloji şəhərlərinin siyahısını hazırlayıb.

Həmin araşdırmaya istinadən dünyanın 25 texnoloji ölkəsini təqdim edirik:

Vaşinqton - ABŞ

Vaşinqton - ABŞ

Son 10 ildə texnologiya sahəsindəki məşğulluğu 50 faiz artırıb. Bu gün 1000-dən çox startap mərkəz ofislərini şəhərdə açıb. Texnologiya ilə bağlı rəqəmlər sürətlə artır.

Kopenhagen - Danimarka

Kopenhagen - Danimarka

Startap ekosistemi çox geniş olmasa da, ağıllı istehsal texnologiyaları və ağıllı şəhərciklər baxımından inkişaf etmiş şəhərdir. Kopenhagen 2025-ci ildə neftdən asılılığını tamamilə aradan qaldırmağı hədəfləyir.

Şenzen - Çin

Şenzen - Çin

Bir çox telekom və robot firması 11 milyonluq bu şəhəri mərkəz müəyyən edib. Şəhərdən çıxan texnoloji patent ədədlərində partlayış var.

Dublin - İrlandiya

Dublin - İrlandiya

Vergi üstünlükləri və təşviqlər sayəsində Avropanın texnologiya mərkəzlərindən biri olub. Facebook,LinkedIn, Hubspot, Dropbox kimi firmaların Avropa və EMEA rəhbərlikləri burada yerləşir. Avropanın ən böyük startap fondu olan Enterprise Ireland da bu şəhərdədir.

Montreal - Kanada

Montreal - Kanada

Sürətlə böyüyən bir startap ekosisteminə sahib olan şəhərdir. Xüsusilə geyiləbilən texnologiyalar, sənaye dizaynı və proqramlaşdırmada çalışanlar üçün doğru ünvanlardandır.

Şanxay - Çin

Şanxay - Çin

Mindən çox startapda çalışan 100 mindən çox işçini saxlayan Zhangjiang Hi-Tech Park-a ev sahibliyi edir

Bura tez-tez Çinin Silikon Vadisi olaraq xarakterizə edilir.

Stockholm - İsveç

Stockholm - İsveç

Stockholm Avropada ən çox “unicorn”, yəni dəyəri 1 milyard dolları keçən şirkəti saxlayan şəhərdir. Bu şəhər də 5-10 il içində tamamilə neftdən asılılığı azaltmağı hədəfləyir.

Eyni zamanda, startap sərmayəsi investisiyalarında dünyanın ən sürətli böyüyən ikinci bazardır.

Stuttgart- Almanya

Stuttgart- Almanya

2thinknow araşdırmasına görə, Stuttgart dünyada yüksək texnologiya sahəsində ən çox patent müraciəti edən beşinci şəhərdir.

Xatırladaq ki, Porsche, Daimler, IBM, Bosch kimi nəhənglərin mərkəzləri də buradadır.

Hong Kong - Çin

Hong Kong - Çin

İnternet bağlantısı ən sürətli şəhərlərdən biri olan Hong Kong ötən il 243 milyard dollarlıq yüksək texnologiya ixrac edib.

Bu, şəhər dövlətinin bütün ixracatının yüzdə 51 faizini keçir.

Moskova - Rusiya

Moskova - Rusiya

60 milyon dollarlıq kosmos araşdırmaları fondunun mərkəzi buradadır. Şəhərin texnologiyaya çevrilməsi üçün də ciddi investisiyalar qoyulur.

Vancouver - Kanada

Vancouver - Kanada

Toplam gəlirləri 2 milyard dolları keçən 600-dən çox rəqəmsal media startapına ev sahibliyi edir. Ekosistem sürətlə böyüyür.

Münhen - Almanya

Münhen - Almanya

Əhali başına düşən patent sayında Almaniya birincisidir. Qlobal texnologiya nəhəngi Siemens-in burada olması da təəccüblü deyil. Təxminən 550 amerikalı İT firması Avropa ofisini açmaq üçün Münheni seçib.

Berlin - Almanya

Berlin - Almanya

Dünyanın bütün avtomobil firmalarının təmsil edilidiyi şəhərdir. Çox güclü bir startap ekosistemi və mədəniyyəti var. Startap sərmayəsi investisiya faizləri ilə Avropada ilk 3-dədir.

Chicago - ABŞ

Chicago - ABŞ

ABŞ-da yüksək texnologiya məşğulluğu sayında ilk beşlikdədir.CityWorks adlı şəhər nəqliyyat və enerji çevrilmə layihəsi də diqqət çəkir.

Tokio - Yaponiya

Tokio - Yaponiya

Dünyanın ən sıxlıq olan şəhəridir, eyni zamanda qlobal texnologiya nəhənglərinin də yuvasıdır. Burada nəqliyyat infrastrukturu dünyanın ən yaxşılarındandır. Hər il 2,3 milyard sərnişin daşıyan Tokio metrosunda gecikmə nisbəti az qala sıfıra yaxındır.

Amsterdam - Hollandiya

Amsterdam - Hollandiya

Avropalı rəqiblərinə görə daha kiçik olsa da, finansal texnologiyalar, enerji və sahibkarlıq mədəniyyəti baxımından Avropanın mərkəzlərindən biridir. 2025-ci ildə benzin və dizel vasitələri ilə işləyən qurğuları qadağan etməyi planlaşdırır.

Sinqapur

Sinqapur

Dünyanın ən çox proqramçı və startap sərmayəsi yatırımçısı olan şəhərlərindəndir. MIT ilə birlikdə şəhərdə toplu daşımanın suveren qılınacağı nəhəng bir layihəyə ev sahibliyi edir.

Toronto - Kanada

Toronto - Kanada

Kanadanın texnologiya firmalarının 30 faizi Torontodadır. Həmçinin bunların çoxunda çalışan işçilərin sayı da çoxdur. Görünür, Kanadadan 10-ci ilə damğasını vuracaq layihələr böyük ehtimalla buradan çıxacaq.

Taipei - Tayvan

Taipei - Tayvan

Asus, MSI, Gigabyte və Acer kimi nəhənglərin mərkəzlərini olduğu şəhərdir. Təchizat və sənaye dizaynda Asiyanın liderlərindəndir.

Boston - ABŞ

Boston - ABŞ

ARGE deyəndə ABŞ-da ilk ağla gələn şəhərlərdəndir. Gələcəyin texnologiyalarının hazırlanıb, inkişaf etdirildiyi MIT, Harvard, Tufts kimi elit universitetlərlə yanaşı, Facebook kimi nəhənglərin ARGE laboratoriyalarının da ünvanı buradadır.

Los Angeles - ABŞ

Los Angeles - ABŞ

LA County Economic Development Corporation 2014 hesabatına görə, Los Angeles yüksək texnologiya məşğulluğunda ABŞ-da bir nömrədir. Bu sahədə ümumi gəlir isə 58 milyard dollardır. Bu sürətlə böyüməyə əsas səbəb startaplardır.

Seoul - Cənubi Koreya

Seoul - Cənubi Koreya

“Gələcəyin şəhəri” olaraq xarakterizə edilən Seoul 2thinknow araşdırmasına görə, bu gün dünyada ən çox patent çıxaran ölkədir. Ağıllı metro sistemindəki dəqiqlik və problemlərin olmaması baxımından ABŞ və Avropadakı bir çox metro sistemindən fərqlənir.

New York - ABŞ

New York - ABŞ

Texnologiya dünyasının ən qəribə mərkəzlərindəndir. İnfrastrukturu köhnə, amma əhali və iqtisadiyyat bir o qədər mütərəqqidir. Təxminən 7 min yüksək texnologiya startap 100 min nəfəri işlə təmin edir. Manhattan ətrafını əhatə edən LinkNYC adlı açıq Wi-Fi şəbəkəsi layihəsi son dərəcə yaxşı çalışır və şəhərə yayılmağa da davam edir.

London - Birləşmiş Krallıq

London - Birləşmiş Krallıq

2thinknow araşdırmasına görə, dünyanın ən çox startapçı və proqramçı saxlayan şəhəri Londondur. Avropadakı ən böyük tikinti layihəsi , 20 milyard dollarlıq ağıllı metro və qatar şəbəkəsi layihəsi sürətlə davam edir.

San Francisco - ABŞ

San Francisco - ABŞ

Hər ölkənin “Silikon Vadimiz” deyə xarakterizə etdiyi bir bölgəsi var. Artıq bu standartı ifadə edən bu adın əsl sahib isə bildiyiniz kimi, San Franciscodur. Texnoloji inkişafa dair hər şeyin mərkəzi olan şəhər startap mədəniyyəti, təşəbbüskar və sərmayəçi sayı, yüksək texnologiyada çalışan sayı və s. kimi mövzularda dünya lideridir.

Oxşar məqalələrimiz:

Məqaləyə emosiya bildir:
4 il əvvəl
7121 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dünyanın ən soyuq 8 ölkəsi
Dünyada sərt iqlimi ilə məşhur olan ölkələri araşdırmışıq. Bu ölkələrdə sağ...
  • 3 ay əvvəl
  • 929
Ölkə adlarının mənaları və hekayələri
Hər ölkənin adının öz mənası və hekayəsi var. “Hansı ad hansı ölkəyə aiddir?”,...
  • 5 ay əvvəl
  • 1265
Yağış yalnız Yer planetinə yağır?
Yenə çoxlarını maraqlandıran bir sualla qarşınızdayıq. Yağış yalnız Yerə...
  • 6 ay əvvəl
  • 1627
Bir növ futbolçu fabriki olan ölkələr
Futbol bütün dünyada milyardlarla insan tərəfindən sevilən və baxılan idman növüdür....
  • 7 ay əvvəl
  • 1031
Hz. Məhəmmədin həyatı | Məkkə və Mədinə dövrünün hadisələri
Məkkə və Mədinə illəri peyğəmbər əfəndimizin həyatında böyük əhəmiyyət kəsb...
  • 9 ay əvvəl
  • 2000
Dünyanın ən hündür binaları
Dünya çoxmu kiçikdir? Təəssüf ki, bəzi insanların xəsislikdə sərhəd tanımadıqlarına...
  • 9 ay əvvəl
  • 4391