Ticarət nazirinin müavini: ABŞ Xəzər regionunun iqtisadi və strateji əhəmiyyətini anlayır

Ticarət nazirinin müavini: ABŞ Xəzər regionunun iqtisadi və strateji əhəmiyyətini anlayır

“ABŞ hökuməti və Ticarət Departamenti Xəzər regionunun iqtisadi və strateji əhəmiyyətini anlayır”.

Bu fikirləri ABŞ Ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman Vaşinqtonda Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil olunmuş 8-ci Trans-Xəzər Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 2 il ərzinə ABŞ-ın Xəzər regionu ilə ticarət dövriyyəsi 40 milyard dollar təşkil edib, idxal və ixrac eyni - 20 milyard dollar olub. “Bu statistika onu göstərir ki, kollektiv səylər nəticəsində ticarət qarşılıqlı ola bilər və hər iki tərəf qarşılqlı hörmət və etimad nəticəsində qurulmuş əməkdaşlıqdan yararlana bilər. Bilirik ki, regiondan keçməklə Avropadan Yaxın Şərq və hətta Uzaq Şərq marşrutu ilə hərəkət edən ticarətin dəyəri artmaqda davam edir. Ona görə də biz regiondakı tərəfdaşlarımızdan tez-tez iqtisadiyyatın diversifikasiyası niyyətləri barədə eşidirik”, - deyə ticarət nazirinin koməkçisi qeyd edib.

O bldirib ki, Ticarət Departamenti həmişə olduğu kimi Xəzər regionu boyunca ticarət əlaqələrinin genişləndirilməsi işinə sadiqdir və bu istiqamətdə birgə işləməyə davam edəcək.

Məlahət Nəcəfova

Vaşinqton

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
520 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 17 dəq. əvvəl
  • 7
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 33 dəq. əvvəl
  • 8
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 14
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 3 saat əvvəl
  • 25
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 27
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 38