Tikinti işlərinin aparılması və torpaqların icarəsi üçün rüşvət tələb etməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs olunub

Tikinti işlərinin aparılması və torpaqların icarəsi üçün rüşvət tələb etməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs olunub

İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleymanov Əlişir Muxibbi oğlunun və rayonun Diyallı bələdiyyəsinin sədri vəzifəsini icra edən sədr müavini Surxayev Cahangir Məhyəddin oğlunun qanunsuz əməllərə yol vermələri barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, istintaq-əməliyyat tədbirləri ilə Əlişir Süleymanovun xidməti vəzifələrinin icrası ilə bağlı İsmayıllı şəhəri ərazisində yerləşən qeyri-yaşayış sahələrində müvafiq tikinti işlərinin aparılmasına maneə yaradılmaması, işlərin davam etdirilməsinə şərait yaradılmaqla himayədarlıq göstərilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməsinə və almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Cahangir Surxayevin vəzifə səlahiyyətlərini aşaraq ona müraciət ünvanlamış şəxsə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin saxta sənədlərin tərtib edilməsi yolu ilə icarəyə verilməsi müqabilində həmin şəxsdən hissə-hissə olmaqla külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işləri üzrə toplanmış ilkin sübutlar əsasında Əlişir Süleymanova Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri, Cahangir Surxayevə isə həmin Məcəllənin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onların hər ikisi barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
9 gün əvvəl
298 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb
Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.ILK.AZ Azərtac-a...
  • 13 dəq. əvvəl
  • 3
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti...
  • 1 saat əvvəl
  • 21
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyən ediblər
15 ölkədən 68 seysmoloq 2023-cü ilin sentyabrında bütün dünyada qeydə alınan və doqquz...
  • 2 saat əvvəl
  • 28
Bayden administrasiyası Konqresdən Ukrayna üçün 5,8 milyard dolların istifadə müddətini uzatmağı xahiş edir
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Konqresə Prezidentin silahların ötürülməsi...
  • 3 saat əvvəl
  • 36
Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının təntənəsidir
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad...
  • 5 saat əvvəl
  • 43
Norveç vəliəhd şahzadəsinin oğlu Marius Borq yenidən polis tərəfindən saxlanılıb
Norveç vəliəhd şahzadəsi Mette Maritin oğlu Marius Borq Höibi yenidən polis tərəfindən...
  • 6 saat əvvəl
  • 51