“TikTok” Venesuela Prezidentinə bir həftə ərzində yayıma icazə verməyəcək
“TikTok” sosial şəbəkəsi Venesuela Prezidenti Nikolas Maduronu bir həftəlik yayım imkanından məhrum edib.
AZƏRTAC “Telesur” telekanalına istinadla xəbər verir ki, bu barədə Maduro Venesuela Dövlət və Təhlükəsizlik şuralarının birgə iclasında bildirib.
"TikTok” mənim yayım imkanımı avqustun 19-dək dayandırdı", - deyə o qeyd edib.
Xatırladaq ki, avqustun 3-də Venesuela lideri bu sosial şəbəkəni ölkədə nifrətin qızışdırılmasında ittiham edib.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
1 ay əvvəl
401 dəfə oxundu
401 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)